Restoranlarda yeni soyğun üsulu: "Bizdə qayda belədir”


Digərləri 07 Dek 2025 12:03:00 74 0

Restoranlarda yeni soyğun üsulu: "Bizdə qayda belədir”

Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox, çekdə onu gözləyən "sürpriz rəqəmlər" də düşündürür. Süfrəyə gələn yeməklərdən daha tez-tez müzakirə olunan mövzu isə sonda hesaba əlavə edilən "servis haqqı"dır. Bir restoranda bir faiz, digərində beş faiz, bəzi məkanlarda isə daha yüksək məbləğ.

Bu xəbəri də oxu: Abşeronda kuryoz olay

Müştəri də çaşqın qalır: bu xidmətin qiyməti harada yazılıb, nə ilə əsaslandırılıb və ümumiyyətlə, buna etiraz etmək haqqı varmı? Ən problemli məqam isə odur ki, bir çox hallarda servis pulu barədə müştəriyə əvvəlcədən məlumat verilmir. Menyuda qeyd olunmayan bu əlavə məbləğ yalnız hesab masaya gələndə ortaya çıxır. Etiraz ediləndə isə adətən eyni cavab səslənir: "Bizdə qayda belədir".

Xidmət turizmi ilə ad çıxarmış Türkiyədə hökumət restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Türkiyənin Ticarət Nazirliyi qida və içki xidmətləri göstərən restoran, kafe, şirniyyat və bənzər müəssisələrin müştərilərdən xidmət, süfrə rüsumları və ya bənzər adlar altında ödəniş tələb etməsinin qarşısını alacaq yeni qayda tətbiq edəcək. Nazirliyin yaydığı məlumata görə, restoran və kafelər müştərilərdən tarif və qiymət cədvəlində göstərilən qiymətlərdən başqa istənilən adla xidmət haqqı və ya hər hansı digər ödənişi yalnız menyuda əvvəlcədən göstərmək şərti ilə tuta bilərlər. Bu zaman bir sual yaranır. Bəs bizdə servis haqqı ilə bağlı hər hansı nizamlama tətbiq edilə bilərmi?

Son.az-ın məlumatına görə, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin "Kaspi"yə bildirib ki, bu kimi məsələlər ölkəmizin imicinə və turizm sektoruna ciddi təsir edir: "Azərbaycanda da bu məsələnin müzakirəyə çıxarılması vaxtıdır. Çünki hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5-15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir. Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır".

S.Dübəndi bildirdi ki, Azərbaycanda servis haqqı məsələsi xüsusi qanunla tənzimlənmir, lakin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, "Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları", həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir: "Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin, hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin. Bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər - menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı - tətbiq oluna bilər".

Tramp Hollivud ulduzlarını təltif etdi like
  • 07 Dek 11:59  
Digərləri Tramp Hollivud ulduzlarını təltif etdi

ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını

arrow Ətraflı
Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır like
  • 07 Dek 11:31  
Digərləri Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır

Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobil

arrow Ətraflı
"Utanırdım deyim ki, getmək istəyirəm" like
  • 07 Dek 11:22  
Şou-biznes "Utanırdım deyim ki, getmək istəyirəm"

Müğənni Nicat Rəhimov "Şeron" qrupundan getməsindən danışıb.

arrow Ətraflı
Nə üçün əsnəyirik və niyə yoluxucudur? like
  • 07 Dek 11:00  
Digərləri Nə üçün əsnəyirik və niyə yoluxucudur?

Əsnəmək sadəcə yuxu əlaməti deyil, mürəkkəb bioloji prosesləri işə

arrow Ətraflı
"Aygün Kazımovanın ad gününə xonça ilə gedəcəyəm" like
  • 07 Dek 10:43  
Şou-biznes "Aygün Kazımovanın ad gününə xonça ilə gedəcəyəm"

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad gününə gedib-getm�

arrow Ətraflı
Ora ediləcək hər bir hücum dünyanı fəlakətə sürükləyə bilər like
  • 07 Dek 10:28  
Dünya Ora ediləcək hər bir hücum dünyanı fəlakətə sürükləyə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA), Ukraynanın Çernobil Nüvə Stansiy

arrow Ətraflı
Keçmiş baş nazirlə sevgili olduğunu bu FOTO ilə elan etdi like
  • 07 Dek 10:17  
Şou-biznes Keçmiş baş nazirlə sevgili olduğunu bu FOTO ilə elan etdi

Dünyaca tanınmış ABŞ pop ulduzu Keti Perri Kanadaın keçmiş Baş naziri

arrow Ətraflı
Yolkaya bu oyuncaqları asmaq olmaz  SƏBƏB like
  • 07 Dek 10:00  
Digərləri Yolkaya bu oyuncaqları asmaq olmaz SƏBƏB

Yeni il yaxınlaşdıqca evlərdə, ofislərdə və ictimai yerlərdə yolkalar�

arrow Ətraflı
"Lexus" kanala aşdı  5 nəfər öldü like
  • 07 Dek 09:45  
Digərləri "Lexus" kanala aşdı 5 nəfər öldü

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

arrow Ətraflı
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb like
  • 07 Dek 09:39  
Siyasət Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici

arrow Ətraflı
Hindistanda gecə klubunda yanğın  25 nəfər öldü like
  • 07 Dek 09:30  
Dünya Hindistanda gecə klubunda yanğın 25 nəfər öldü

Hindistanın Qoa ştatında gecə klubunda yanğın olub.

arrow Ətraflı
Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır like
  • 07 Dek 09:09  
Digərləri Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çay

arrow Ətraflı
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək like
  • 07 Dek 09:00  
Digərləri İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bu gün İranın İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi A

arrow Ətraflı
27 illik dövr başa çatdı: Ford nə üçün Focus istehsalını dayandırdı? like
  • 07 Dek 08:08  
Digərləri 27 illik dövr başa çatdı: Ford nə üçün Focus istehsalını dayandırdı?

1998-ci ildən bəri yollarda olan Ford-un ikonik modeli Focus artıq rəsmi ol

arrow Ətraflı
İşçidən sahibkarlığa: Xurmanın gücü ilə Kanada bazarına çıxdı like
  • 07 Dek 07:07  
Digərləri İşçidən sahibkarlığa: Xurmanın gücü ilə Kanada bazarına çıxdı

Türkiyədə 6 il əvvəl meyvə qurutma müəssisəsi yaradan 38 yaşlı Halim�

arrow Ətraflı