27 illik dövr başa çatdı: Ford nə üçün Focus istehsalını dayandırdı?
Digərləri 07 Dek 2025 08:08:00 87 0
1998-ci ildən bəri yollarda olan Ford-un ikonik modeli Focus artıq rəsmi olaraq tarixə qovuşub. Almaniyanın Saarlouis zavodunda istehsal olunan son Focus modeli noyabrın əvvəlində xəttdən düşüb və bu an zavod əməkdaşlarının alqışları ilə müşayiət edilib. Ford öz rəsmi saytında məlumatı yeniləyərək modelin istehsalının dayandırıldığını təsdiq edib.
Bu xəbəri də oxu: Günün qoroskopu: Əlavə gəlir imkanları ortaya çıxacaq
Son.az xəbər verir ki, uzun illər sedan və hetçbek versiyaları ilə geniş istifadə olunan Focus münasib qiymətə ailə avtomobili kimi məşhurlaşmış, texnologiyaya uyğunlaşdırılmış modellərindən biri olmuşdu.
Focus istehsalının dayandırılması Ford-un avtomobil portfelində ciddi boşluq yaradıb. Şirkət son illər diqqətini tamamilə elektrikli nəqliyyat vasitələrinin istehsalına yönəldib və bu istiqamətdə böyük investisiyalar planlaşdırır. Bununla belə, bəzi elektrikli model layihələrinin qısa ömürlü olması və yeni EV layihələrində gecikmələr, şirkətin gələcəyi ilə bağlı suallar yaradır.
Ford-un CEO-su Cim Farli açıqlamasında Focus, Fiesta və Mondeo kimi ənənəvi modellərin şirkətə lazımi sərmayə gəliri təmin etmədiyini bildirdi. Onun sözlərinə görə, ticari avtomobillər Ford üçün daha gəlirli olub.
Focus-un ən güclü satış dövrü ABŞ bazarında 2000-2004-cü illərdə yaşanıb və bu illərdə model ildə 200 minədək satılıb. 2012-ci ildə yenidən yüksəlişə keçsə də, bu uğur uzun çəkməyib. 2017-ci ildən etibarən satışlar düşərək 158 minə enib və Focus bir il sonra ABŞ bazarından tamamilə çıxarılıb.
Türkiyədə 6 il əvvəl meyvə qurutma müəssisəsi yaradan 38 yaşlı Halim�
Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, k�
"Minimum ödəniş et, pulunu 2-3 qat atırıb geri qaytaraq".
Sağlam qidalanmaq istəyənlər üçün hazırlanan fit mozaik tort təbii şir
Son.az 7 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Türkiyədə yaşayan Rabia Çelik dörd il əvvəl hobbi kimi başladığı ş
Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində xəsarət alan daha bir
Norveçli 37 yaşlı Maria Kirkeland uzun illər ərzində arıqlamaq üçün m�
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Həkim ən zərərli kolbasa növünü açıqlayıb.
Yeni ilin yaxınlaşması ilə dünyanın müxtəlif bölgələrində bayram co�
"Kirantsda heç bir insident baş verməyib. Bu divar bizim təhlükəsizli
AzTV-nin Yeni il şənliyində bu il də ənənəyə sadiq qalaraq Xalq artisti
