Dubayda Aida Mahmudovanın ilk fərdi sərgisi təqdim edilib FOTO


Kriminal 15 Noy 2017 13:40:42 294 0

Dubayda Aida Mahmudovanın ilk fərdi sərgisi təqdim edilib  FOTO

Quadro qalereyası Dubayda Aida Mahmudovanın ilk fərdi sərgisini - "Səhra olduğu kimi" təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qalereyada nümayiş etdirilən yeni rəsm əsərləri sadə və peşəkar ictimaiyyət tərəfindən böyük coşqu ilə qarşılanıb.

A.Mahmudova 17 ədəd özünün yeni çəkilmiş əsəri ilə səhra mövzusunu daim hərəkətdə olan landşaft kimi araşdırır. Əsərlər qumun zəngin teksturasını və səhra landşaftının monoxromatik dərki içərisində rəngin incə dəyişikliklərini əks etdirir. Bəzən tünd göy rəng və ya müxtəlif rənglərin yığını unikal vahə və ya Fata Morqananın xəyalını ehtiva edən yaxınlıqdakı monoxrom rəsmləri canlandırır.

A.Mahmudova 1982-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlib. Hazırda Bakıda yaşayıb yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir.


Xəbərə aid fotolar