Bakıda AzərbaycanHindistan dostluğunun şərəfinə möhtəşəm Bollivud Gecəsi keçirilib FOTO


Kriminal 13 Noy 2017 15:00:00 299 0

Bakıda AzərbaycanHindistan dostluğunun şərəfinə möhtəşəm  Bollivud Gecəsi keçirilib  FOTO

Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm "Bollywood Night" bayramı keçirilib.

Son.az Trend-a istinadən xəbər verir ki, Hindistanın Azərbaycandakı Assosiasiyası və "Full House Entertainment" tərəfindən təşkil edilən "Bollywood Night" Azərbaycan və Hindistanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Azərbaycan və hind ulduzlarının, rəqs kollektivlərinin iştirakı, kolleksiyaların nümayişi ilə keçirilən konsert ölkənin mədəni həyatında əlamətdar hadisəyə, Azərbaycan və Hindistan dostluğunun rəmzinə çevrildi. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlı olublar. Qonaqlar üçün dünya xalqlarının milli mətbəxlərinin və suvenirlərin olduğu rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil edilib.

"Full House Entertainment"in rəhbəri Dia Soun Kxe, Hindistanın Azərbaycandakı Assosiasiyasının prezidenti Sobi T. Abraham və digərləri çıxışlarında qeyd ediblər ki, layihə Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin gələcək inkişafına yönəlib və gecənin iştirakçılarına və aralarında mədəniyyət və incəsənət xadimlərinin, diplomatik missiyaların nümayəndələrinin olduğu qonaqlara minnətdarlığını bildirib.

Gecədə qeyd edilib ki, Hindistan gözqamaşdırıcı gözəlliyi və ekzotik füsunkarlığı olan  möcüzələr və sirlər ölkəsidir, bu ölkənin brendlərindən biri Bollivud kinematoqrafıdır. Bollivud filmləri rəngarəng çəkilişlər, aktyorların istedadlı oyunu, maraqlı süjet sayəsində müxtəlif yaş qrupundan olan insaların həyatına daxil olub. Azərbaycanda hind kinosuna həmişə xüsusi sevgi olub, bir çox aktyor xalqımızın sevimlisidir. Bu ölkənin filmləri özünəməxsus istiqamətdir - bu, səmimi sevgi hekayələri, bənzərsiz rəqs və musiqi quruluşları, rəng və boya zənginliyidir. Bunları digər ölkələrin kinematoqrafında tapmaq mümkün deyil. Buna görə də milyonlarla tamaşaçı hind kinosuna baxır və sevir.

"Hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinay ilk dəfə olaraq Azərbaycana gəldi. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, "Disko rəqqası", "Rəqs et", "Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirib. Daha bir dəvət edilmiş ulduz isə müğənni Bobbu oldu.