XVI Bakı Beynəlxalq Kinofestivalının təntənəli açılışı keçirildi – 34 ölkədən 78 film təqdim olunur FOTO


Kriminal 05 Dek 2025 22:26:00 54 0

XVI Bakı Beynəlxalq Kinofestivalının təntənəli açılışı keçirildi – 34 ölkədən 78 film təqdim olunur  FOTO

"Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyinin və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təşkil olunan 16-cı Bakı Beynəlxalq Kinofestivalının - Baku International Film Festivalın təntənəli açılışı baş tutub. Bu il festival 5-9 yanvar tarixlərində  "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025" çərçivəsinə daxil olan Baku Cinema Breeze 2025 beynəlxalq kino proqramı çərçivəsində keçirilir.  "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025"  5-12 oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək. Açılış mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri, yaradıcı gənclər və xarici qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən direktor müavini Saadat Yusufova, Baku International Film Festivalın direktoru Fehruz Şamiev, münsiflər heyətinin üzvləri və xarici qonaqlar festivalın əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, bu tədbir hər il müxtəlif ölkələrdən olan kino nümayəndələrini bir araya gətirir, müasir müəllifləri stimullaşdırır, yaradıcılıq inkişafı, işlərini təqdim etmək və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Bu il Festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.  Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir. Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının "Ən yaxşı prodüser" mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kino mütəxəssis İqor Soukman qiymətləndirəcək. Festivalın Yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliğ olunması ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur.  Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni Zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər.  Asiya istedadları müsabiqəsinin jüri heyətində prodüseri olduğu filmlərlə Kann, Tampere, Kazan, Daşkənd,  Düşənbədə mükafatlar qazanan Əli- Səttar Quliyev, "Şərq-Qərb. Klassika və avanqard" beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev, beynəlxalq festivallar qalibi kinorejissor, operator Daniel Quliyev yer alır.  Bildiyiniz kimi Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı "Qızıl Nar"dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.

Bu xəbəri də oxu: Mayor Ruhin Tağıyev həbs olundu

Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların diqqətinə təqdim edilir. Belə proqramlardan olan "Dili bizim"də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur. Bakı Beynəlxalq  Film Festivalının "British Council"la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir.  Festivalın bağlanış-mükafatlandırma mərasimi 9 dekabr saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. 

Dünyanın ən çox adaya sahib ölkəsi bəlli oldu: 267 min ədəddir like
  • 05 Dek 21:49  
Dünya Dünyanın ən çox adaya sahib ölkəsi bəlli oldu: 267 min ədəddir

"Adalar" deyəndə çoxlarının gözündə ağ qumlar və tropik mən

arrow Ətraflı
"Həbsxanada mənə "Bibliya" verdilər"  göz yaşlarını saxlaya bilmədi like
  • 05 Dek 21:29  
Şou-biznes "Həbsxanada mənə "Bibliya" verdilər" göz yaşlarını saxlaya bilmədi

Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlama verib. Son.az xəbər v

arrow Ətraflı
Peskovun qızının görüntüləri gündəm oldu like
  • 05 Dek 21:17  
Digərləri Peskovun qızının görüntüləri gündəm oldu

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskovan�

arrow Ətraflı
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq like
  • 05 Dek 21:04  
Digərləri Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq

Astara və Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslərə və ş

arrow Ətraflı
Bakının sevilən "Qış nağılı" yenidən Fəvvarələr meydanında like
  • 05 Dek 20:31  
Digərləri Bakının sevilən "Qış nağılı" yenidən Fəvvarələr meydanında

Bu il "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilk dəfə s

arrow Ətraflı
Bərdədə avtomobil dərəyə aşdı like
  • 05 Dek 20:26  
Digərləri Bərdədə avtomobil dərəyə aşdı

Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən qəza olub.

arrow Ətraflı
Cəmi 3 yaşı var, dünya rekordu qırdı  FOTO like
  • 05 Dek 20:00  
Dünya Cəmi 3 yaşı var, dünya rekordu qırdı FOTO

Hindistanlı 3 yaş 7 aylıq Sarvagya Sinqh Kuşvaha adlı uşaq rəsmi FİDE r

arrow Ətraflı
bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərləri ilə bağlı açıqlama verdi like
  • 05 Dek 19:55  
Digərləri bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərləri ilə bağlı açıqlama verdi

Bakı-Supsa (WREP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərlərinin operatorl

arrow Ətraflı
Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən... like
  • 05 Dek 19:50  
Digərləri Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...

Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni i

arrow Ətraflı
Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi like
  • 05 Dek 19:49  
Digərləri Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi

Gəncə şəhərində qadın sürücü və kuryerin küçədə dava etməsi ilə

arrow Ətraflı
Efirə göndərilən bu əşya Zenfiranı göz yaşlarına boğdu like
  • 05 Dek 19:48  
Şou-biznes Efirə göndərilən bu əşya Zenfiranı göz yaşlarına boğdu

Müğənni Zenfira İbrahimova "Günə Uğurla" verilişində emosiona

arrow Ətraflı
Xalq artisti nənə oldu like
  • 05 Dek 19:25  
Şou-biznes Xalq artisti nənə oldu

Xalq artisti Simarə İmanova nənə olub.

arrow Ətraflı
Suqovuşanda “Mall” tikiləcək like
  • 05 Dek 19:17  
Digərləri Suqovuşanda “Mall” tikiləcək

Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq. Son.az xəb

arrow Ətraflı
Öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürürmüş...  FOTO like
  • 05 Dek 19:08  
Dünya Öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürürmüş... FOTO

Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları b

arrow Ətraflı