Bakının sevilən "Qış nağılı" yenidən Fəvvarələr meydanında


Digərləri 05 Dek 2025 20:31:00 71 0

Bakının sevilən "Qış nağılı" yenidən Fəvvarələr meydanında

Bu il "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilk dəfə sirk tematikası ilə təqdim olunur və Fəvvarələr Meydanını rəngarəng personajların, canlı şouların, musiqinin və özünəməxsus dekorların harmoniya təşkil etdiyi unikal bir məkana çevirir.

Bu barədə Son.az-a "Nargis" Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bu il yarmarkada qonaqları 60 böyük və 20 balaca dekorativ ev, üç ədəd iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, "xoxan" labirinti, iki photo booth, müxtəlif tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni konstruksiyalar qarşılayacaq.

2013-cü ildən etibarən hər il "Nargis" Fondunun təşkilatçılığı ilə keçirilən və şəhərimizin artıq Yeni il ənənəsinə çevrilmiş "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu il də xeyriyyə məqsədilə keçirilir. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il olduğu kimi, yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq. İnternat, uşaq evləri və sosial xidmət müəssisələrindən olan azyaşlılar fəxri qonaqlar olaraq yarmarkaya qatılacaqlar.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının qapıları 8 yanvar 2026-cı il tarixinədək hər gün 11:00-dan 23:00-dək açıq olacaq və hər il olduğu kimi, giriş tamamilə ödənişsizdir. Fəvvarələr Meydanında qonaqlar həm Qərbin, həm də Şərqin ləzzətlərini bir araya gətirən məkanlarda yüksək keyfiyyətli təamlardan və isti içkilərdən dadmaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq, sevdikləri ilə birlikdə unudulmaz xatirələri şəkillərdə həkk etmək imkanı qazanacaqlar.

Bərdədə avtomobil dərəyə aşdı like
  • 05 Dek 20:26  
Digərləri Bərdədə avtomobil dərəyə aşdı

Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən qəza olub.

arrow Ətraflı
Cəmi 3 yaşı var, dünya rekordu qırdı  FOTO like
  • 05 Dek 20:00  
Dünya Cəmi 3 yaşı var, dünya rekordu qırdı FOTO

Hindistanlı 3 yaş 7 aylıq Sarvagya Sinqh Kuşvaha adlı uşaq rəsmi FİDE r

arrow Ətraflı
bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərləri ilə bağlı açıqlama verdi like
  • 05 Dek 19:55  
Digərləri bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərləri ilə bağlı açıqlama verdi

Bakı-Supsa (WREP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərlərinin operatorl

arrow Ətraflı
Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən... like
  • 05 Dek 19:50  
Digərləri Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...

Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni i

arrow Ətraflı
Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi like
  • 05 Dek 19:49  
Digərləri Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi

Gəncə şəhərində qadın sürücü və kuryerin küçədə dava etməsi ilə

arrow Ətraflı
Efirə göndərilən bu əşya Zenfiranı göz yaşlarına boğdu like
  • 05 Dek 19:48  
Şou-biznes Efirə göndərilən bu əşya Zenfiranı göz yaşlarına boğdu

Müğənni Zenfira İbrahimova "Günə Uğurla" verilişində emosiona

arrow Ətraflı
Xalq artisti nənə oldu like
  • 05 Dek 19:25  
Şou-biznes Xalq artisti nənə oldu

Xalq artisti Simarə İmanova nənə olub.

arrow Ətraflı
Suqovuşanda “Mall” tikiləcək like
  • 05 Dek 19:17  
Digərləri Suqovuşanda “Mall” tikiləcək

Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq. Son.az xəb

arrow Ətraflı
Öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürürmüş...  FOTO like
  • 05 Dek 19:08  
Dünya Öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürürmüş... FOTO

Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları b

arrow Ətraflı
Biləsuvarda ağır qəza  4 nəfər xəsarət aldı like
  • 05 Dek 18:56  
Digərləri Biləsuvarda ağır qəza 4 nəfər xəsarət aldı

Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəz

arrow Ətraflı
Gülarə Xəlilova vəfat etdi like
  • 05 Dek 18:48  
Digərləri Gülarə Xəlilova vəfat etdi

Həkim-terapevt Gülarə Xəlilova vəfat edib.

arrow Ətraflı
"Toliklə elə dalaşdım ki, kanalın mühafizəçiləri gəldi" like
  • 05 Dek 18:45  
Şou-biznes "Toliklə elə dalaşdım ki, kanalın mühafizəçiləri gəldi"

Müğənni Təranə Qumral aparıcı Tarix Əliyev (Tolik) ilə illər əvvəl y

arrow Ətraflı
WUF13 Könüllülər Mərkəzinin açılışı olub like
  • 05 Dek 18:34  
Digərləri WUF13 Könüllülər Mərkəzinin açılışı olub

Bakıda WUF13 Könüllülər Mərkəzinin açılışı olub.

arrow Ətraflı
Teleqramda vətəndaşlara saxta iş təklifləri gəlir like
  • 05 Dek 18:18  
Digərləri Teleqramda vətəndaşlara saxta iş təklifləri gəlir

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xü

arrow Ətraflı