Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın Həkim
Digərləri 05 Dek 2025 22:00:00 75 0
Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır.
Bu xəbəri də oxu: Bakının mərkəzində nəhəng ağac qəfil aşdı, yol bağlandı VİDEO FOTOlar
Son.az xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb.
Bu barədə Amsterdam Universiteti portalı məlumat yayıb.
"Diş sağlamlığında əsas rolu bahalı cihazlar yox, gündəlik düzgün vərdişlər oynayır. Hazırda ağız boşluğu problemləri, xüsusilə kariyes və diş əti iltihabı dünyanın təxminən 3.5 milyard insanını təsirləndirir. Müntəzəm fırçalama həkimlərin başlıca tövsiyəsi sayılır. Lakin sual budur ki, dişləri "yaxşı təmizləmək" nə deməkdir.
Tomassen müəyyən edib ki, müasir texnologiyalar haqqında populyar fikirlər çox şişirdilib. Onun sözlərinə görə, real həyatda elektrikli fırçaların növləri arasında demək olar ki, fərq yoxdur. Bu o deməkdir ki, əsas rol cihazın imkanlarında yox, istifadə edən şəxsin fırçalama vərdişlərindədir.
Alim təsdiqləyib ki, elektrikli fırçalar adi fırçalardan daha yaxşı təmizləyir. Amma iki əsas model arasında, yəni dairəvi hərəkət edən fırça ilə səs dalğalı fırça arasında ciddi fərq yoxdur. Tomassen hesab edir ki, şirkətlər bahalı modellər yaratmaq əvəzinə, daha əlçatan fırçalar hazırlamalı və insanların düzgün təmizləmə texnikasını öyrənməsi üçün maarifləndirici proqramlara diqqət yetirməlidirlər.
O, həm də müxtəlif ölkələrin stomatoloji təşkilatlarının tövsiyələrini araşdırıb. Məlum olub ki, qurumların yalnız üçdə biri diş baxımı ilə bağlı sadə və aydın təlimat təqdim edir. Tomassen bildirir ki, praktiki və hər kəs üçün başa düşülən məsləhətlər uğurlu profilaktika üçün vacibdir.
Hazırda bu sahədə milli səviyyədə elmi əsaslı tövsiyə sistemi hazırlanır və Tomassen də bu işə qatılmağı planlaşdırır. Alim ümid edir ki, araşdırması elmi biliklərlə gündəlik stomatoloji təcrübə arasında olan fərqi azaltmağa kömək edəcək.
İsmayıl Son.az
"Adalar" deyəndə çoxlarının gözündə ağ qumlar və tropik mən
Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlama verib. Son.az xəbər v
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskovan�
Astara və Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslərə və ş
Asena Keskinci yeni layihəsi ilə gündəmə gəlib.
Bu il "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilk dəfə s
Hindistanlı 3 yaş 7 aylıq Sarvagya Sinqh Kuşvaha adlı uşaq rəsmi FİDE r
Bakı-Supsa (WREP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərlərinin operatorl
Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni i
Gəncə şəhərində qadın sürücü və kuryerin küçədə dava etməsi ilə
Müğənni Zenfira İbrahimova "Günə Uğurla" verilişində emosiona
Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq. Son.az xəb
Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları b
