Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib


Siyasət 11 Noy 2017 12:50:44 258 0

Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib

Azərbaycan və Ukrayna beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək

Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib.

"Report" Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məsləhətləşmələr noyabrın 9-da Ukrayna xarici işlər naziri Pavel Klimkinin Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində iki ölkənin Xarici İşlər nazirlikərinin ərazi departamentlərinin direktorları səviyyəsində baş tutub.

Məsləhətləşmələr zamanı tərəflər gündəlikdə duran ikitərəfli və beynəlxalq məsələləri geniş müzakirə ediblər. Ən yüksək səviyyədə siyasi dialoqun genişləndirilməsi məsələlərinə başlıca diqqət yetirilib.

Tərəflər Azərbaycan və Ukraynanın ərazi bütövlüyünə dəstək üzrə ardıcıl mövqelərini qeyd ediblər, həmçinin bu məsələ ilə bağlı beynəlxalq səviyyədə bir-birini dəstəkləməyə davam etməklə bağlı razılığa gəliblər.