Rusiyada Azərbaycan vətəndaşı 1 ilə yaxın həbs cəzası alıb


Kriminal 11 Noy 2017 08:42:00 247 0

Rusiyada Azərbaycan vətəndaşı 1 ilə yaxın həbs cəzası alıb

Rusiyanın Rostov şəhərində oğurluqda şübhəli bilinən Azərbaycan vətəndaşı həbs olunub.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Rostov Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi materiallarına görə, 35 yaşlı azərbaycanlı cari ilin iyun ayında şəhər kafesində olarkən müştərilərdən birinin yatmasından istifadə edib və onun cibindən dəyəri təqribən 184 dollar olan mobil telefon oğurlayıb.