"Nəqşi cahan sədası" adlı konsert keçiriləcək


Kriminal 10 Noy 2017 19:32:00 290 0

"Nəqşi cahan sədası" adlı konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində noyabrın 11-də saat 19:00-da "Nəqşi cahan sədası" adlı konsert keçiriləcəkdir.

Gecədə Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Sərxan Bünyadzadə, Əbülfəz Məmmədov, Təyyar Mədətli, Ələkbər Sadıqov, Həsən Məmmədov, Əli Mehralıyev, Rəna Mehraliyeva, İlkin Abdullayev muğamlarımızdan parçalar, xalq mahnıları və vokal əsərləri ifa edəcəklər.