Dövlət Bayrağı günü münasibəti ilə konsert keçirildi FOTO


Kriminal 10 Noy 2017 19:22:00 288 0

Dövlət Bayrağı günü münasibəti ilə konsert keçirildi  FOTO

9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Mədəniyyət Evinin direktoru Şahin Səmədov qonaqları salamlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzaladığını və9 noyabr tarixinin ölkəmizdə hər il təntənəli sürətdə qeyd edildiyini xüsusi vurğulayıb. Konsertdə Binəqədi qəsəbə YAP-nın sədri Ağabala Musayev, "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, Binəqədi rayonunda yerləşən mədəniyyət müəsissələrinin işçiləri, qəsəbə sakinləri iştirak ediblər.


Xəbərə aid fotolar