Azərbaycan və Efiopiya Xarici İşlər nazirlikləri arasında memorandum imzalandı FOTO


Siyasət 10 Noy 2017 14:52:00 131 0

Azərbaycan və Efiopiya Xarici İşlər nazirlikləri arasında memorandum imzalandı  FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin son illər inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. V. Qebeyehu E. Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirib və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

E. Məmmədyarov həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Nazir V. Qebeyehu dəvəti məmnuniyyətlə qəbul etdiyini deyib.

Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Onlar ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes forumlarının keçirilməsinə dair razılıq əldə olunub. E. Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırıb.

Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barəsində məlumat verib.

Sonda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu" imzalayıblar.

Görüşdən sonra  Elmar Məmmədyarov Efiopiyaya səfəri və keçirilmiş görüşlər haqqında yerli KİV-in suallarını cavablandırıb. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar

Ceyrançöldə çobanlar arasında kütləvi dava düşüb, üç nəfər ağır xəsarət alıb like
  • 10 Noy 14:50  
Sosial Ceyrançöldə çobanlar arasında kütləvi dava düşüb, üç nəfər ağır xəsarət alıb

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə

arrow Ətraflı
Bərdə rayonu pambıq tədarükünə liderlik edir like
  • 10 Noy 14:48  
Digərləri Bərdə rayonu pambıq tədarükünə liderlik edir

Ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 1608,53 ton pambıq

arrow Ətraflı
"Sumqayıt" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır like
  • 10 Noy 14:48  
İdman "Sumqayıt" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qaraba

arrow Ətraflı
"Kardeşim Benim 2" filminin Qala gecəsi üçün biletlər artıq PARK CINEMADA satışdadır like
  • 10 Noy 14:45  
Kriminal "Kardeşim Benim 2" filminin Qala gecəsi üçün biletlər artıq PARK CINEMADA satışdadır

30 noyabr saat 19:00-da, "Park Cinema" Flame Towers kinoteatrında &qu

arrow Ətraflı
Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan olundu like
  • 10 Noy 14:44  
Digərləri Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan olundu

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəzi

arrow Ətraflı
Nazarbayev ən böyük arzusunu açıqladı - Kamçatkada olmaq like
  • 10 Noy 14:43  
Digərləri Nazarbayev ən böyük arzusunu açıqladı - Kamçatkada olmaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda oldu

arrow Ətraflı
Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb like
  • 10 Noy 14:39  
Digərləri Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
Şou ulduzu efirdə bikinisini çıxarıb, hovuza atladı  FOTO like
  • 10 Noy 14:38  
Digərləri Şou ulduzu efirdə bikinisini çıxarıb, hovuza atladı FOTO

"The Geordie Shore" verilişinin ulduzu MTV kanalında canlı yayımda

arrow Ətraflı
Təranə Qumral ilk dəfə əməliyyat olundu like
  • 10 Noy 14:35  
Şou-biznes Təranə Qumral ilk dəfə əməliyyat olundu

Tanınmış ifaçı Təranə Qumral həyatında ilk dəfə plastik əməliyyat o

arrow Ətraflı
Qazax və Ağstafada 5 yol yenidən qurulub (VİDEO/FOTO) like
  • 10 Noy 14:30  
Digərləri Qazax və Ağstafada 5 yol yenidən qurulub (VİDEO/FOTO)

Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq i

arrow Ətraflı
Uşaq bağçasından 70 uşaq təxliyə olundu like
  • 10 Noy 14:25  
Dünya Uşaq bağçasından 70 uşaq təxliyə olundu

Moskvanın şimal-şərqində uşaq bağçalarının birində 70 uşaq təxliyə

arrow Ətraflı
PSG Konte ilə maraqlanır like
  • 10 Noy 14:23  
İdman PSG Konte ilə maraqlanır

PSG "Chelsea"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır.<

arrow Ətraflı