Bakıda dəhşətli YANĞIN: 4 ölü var
Digərləri 05 Dek 2025 08:55:00 48 0
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu xəbəri də oxu: Pulsuz da versələr götürməyin 5 problemli maşın
Son.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
Elm adamları üz nahiyəsinə dolğu etdirən şəxsləri ciddi fəsadlar barə
Müğənni Zeynəb Həsəni maraqlı açıqlaması ilə gündəm olub. Son.az
Britaniyalı tədqiqatçılar çuğundurun damar, ürək və beyin sağlamlığ�
Yatmazdan əvvəl yağsız zülal, çobanyastığı çayı və qoz-fındıq qəb
Nevroloq ayağı masa altında tərpətmək vərdişinin səbəbini açıqlayıb
32 yaşlı qadın arıqladıcı qəhvə içdikdən sonra infarkt keçirərək in
Mütəxəssislər bildirirlər ki, gecələr güclü xorultu yalnız yuxu pozunt
Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi idd
Mütəxəssislər bildirirlər ki, üz nahiyəsinə edilən kosmetik dolğu (fil
Bakı şəhəri Nizami rayonu, Məhsəti küçəsində yerləşən Xəzər Unive
"Heç kimin ailəsini dağıtmaram. Ruhəngiz xanım onunla 10 il yaşayıb
Uşaqları ölümə sürükləyən oyunlar... "Mavi balina", "rob
Müğənni Almaz Saraylı övladının toyuna heç bir ifaçını dəvət etməy
Rusiyada "Snapchat" tətbiqinə cinayət fəaliyyətlərində istifad�
Son.az 5 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
