Azərbaycanda toy qaydaları dəyişir?


Digərləri 05 Dek 2025 01:05:00 80 0

Azərbaycanda toy qaydaları dəyişir?

Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi iddia olunur. Yeni model 100 nəfərlik məclis, bir müğənni və bir diceydən ibarət sadələşdirilmiş proqramı nəzərdə tutur. Səbəb isə toy qiymətlərinin son illər məntiqi çərçivəni aşaraq kəskin bahalaşmasıdır. Artıq bəzi nişan və xına mərasimlərində təkcə müğənnilərə 100 min manatdan çox qonorar ödənməsi adi hal alıb. Dekor, yemək və digər xərclər əlavə olunduqda isə bir nəfər üçün toy xərcinin 500-700 manata qədər yüksəldiyi bildirilir.

Cəmiyyət bu cür toy formatını qəbul edəcəkmi? İddialar nə dərəcədə real görünür?

Son.az bildirir ki, globalinfo.az-a danışan restoran sahibi Mürvət Həsənli bildirib ki, Azərbaycanda bu cür toyların təşkili hələlik mümkün deyil:

"Çünki mövcud adət-ənənələr buna imkan vermir. Valideynlər övladlarının toyunu istədikləri kimi keçirmək arzusu ilə yaşayırlar. Hətta bir vaxtlar toy xərcləri üçün döşək altına pul yığmaq kimi ənənələr də olub. Digər tərəfdən, ailələr övladlarına toy edənədək çox sayda məclislərə gedir, hətta bəziləri gələcək dəvətlər üçün siyahı hazırlayır, plan qururlar. Ona görə də yaxın zamanda belə köklü ənənələrdən birdən-birə imtina etmək mümkünsüzdür".

Sosioloq Mail Yaqub deyib ki, cütlüyün xoşbəxtliyi toyda iştirak edən insanların sayından asılı deyil:

"Artıq toylar həddindən artıq şişirdilmiş vəziyyətə çatıb. Min nəfərlik toy nə deməkdir? İllərdir ünsiyyətdə olmadığın uzaq qohumu və ya dostu yalnız vaxtilə onun toyuna getdiyin üçün dəvət etmək, "verdiyim pulu qaytarsın" düşüncəsi ilə siyahıya salmaq anormal bir yanaşmadır. Dünyanın heç bir yerində belə praktika yoxdur və bu prosesi dayandırmaq lazımdır. Toylarda stulun birinin 500-700 manat olması da absurddur. Buna "bazar rəqabətidir" deyib qəbul etmək doğru deyil, çünki bəzi hallarda dövlət müdaxiləsinə ehtiyac yaranır. Toylarda israfçılıq həddini aşır, insan nə qədər yemək yeyə bilər? Onlarla yemək növü, saysız-hesabsız salatlar təqdim etmək normal deyil. Bu səbəbdən yeni formatda, 100 nəfərlik, bir müğənni ilə keçirilən sadə toy modelini dəstəkləyirəm. Kimsə buna təşəbbüs etsə, əminəm ki, belə nümunələr çoxalacaq". Son.az  

Bu estetik prosedurlardan sonra kor ola bilərsiniz like
  • 05 Dek 01:01  
Digərləri Bu estetik prosedurlardan sonra kor ola bilərsiniz

Mütəxəssislər bildirirlər ki, üz nahiyəsinə edilən kosmetik dolğu (fil

arrow Ətraflı
Nazirlik bu universiteti cərimələdi like
  • 05 Dek 00:55  
Digərləri Nazirlik bu universiteti cərimələdi

Bakı şəhəri Nizami rayonu, Məhsəti küçəsində yerləşən Xəzər Unive

arrow Ətraflı
"Ruhəngiz Musəvinin ailəsini mən dağıtmamışam" like
  • 05 Dek 00:47  
Şou-biznes "Ruhəngiz Musəvinin ailəsini mən dağıtmamışam"

"Heç kimin ailəsini dağıtmaram. Ruhəngiz xanım onunla 10 il yaşayıb

arrow Ətraflı
Məktəblilər təhlükə saçan oyunlara necə qoşulmalarından DANIŞDILAR like
  • 05 Dek 00:25  
Digərləri Məktəblilər təhlükə saçan oyunlara necə qoşulmalarından DANIŞDILAR

Uşaqları ölümə sürükləyən oyunlar... "Mavi balina", "rob

arrow Ətraflı
"Ora gedəndə quzu kimi otururam" like
  • 05 Dek 00:12  
Şou-biznes "Ora gedəndə quzu kimi otururam"

Müğənni Almaz Saraylı övladının toyuna heç bir ifaçını dəvət etməy

arrow Ətraflı
Dünyanın ən məhşur sosial şəbəkələrindən biri Rusiyada bloklandı like
  • 05 Dek 00:06  
Digərləri Dünyanın ən məhşur sosial şəbəkələrindən biri Rusiyada bloklandı

Rusiyada "Snapchat" tətbiqinə cinayət fəaliyyətlərində istifad�

arrow Ətraflı
Günün qoroskopu: Sözlərinizin təsiri güclü olacaq like
  • 05 Dek 00:01  
Digərləri Günün qoroskopu: Sözlərinizin təsiri güclü olacaq

Son.az 5 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
İran vitseprezidentinin qəzada yaralanan övladları da öldü like
  • 04 Dek 23:58  
Digərləri İran vitseprezidentinin qəzada yaralanan övladları da öldü

İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin noyabrın 30-da Gərmsar-

arrow Ətraflı
Məşhur türk serialı gözlənilmədən final edir like
  • 04 Dek 23:54  
Şou-biznes Məşhur türk serialı gözlənilmədən final edir

Özge Özpirinçci və Salih Bademcinin yer aldığı "Sakıncalı" se

arrow Ətraflı
AzərbaycanAİ əməkdaşlığı müzakirə olunub like
  • 04 Dek 23:52  
Siyasət AzərbaycanAİ əməkdaşlığı müzakirə olunub

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayra

arrow Ətraflı
"Kobudluq etdi, mən də dedim, ay uşaq otur yerində" like
  • 04 Dek 23:47  
Şou-biznes "Kobudluq etdi, mən də dedim, ay uşaq otur yerində"

Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimli toy məclislərindən biri

arrow Ətraflı
Kişi qıtlığı olan ölkədə qadınlar “saatlıq ər” xidməti kirayə edir like
  • 04 Dek 23:28  
Dünya Kişi qıtlığı olan ölkədə qadınlar “saatlıq ər” xidməti kirayə edir

Latviyada kişi əhalisinin azalması tək yaşayan və gənc qadınlar üçün

arrow Ətraflı
Demet Özdemir Azərbaycan mahnısı paylaşdı like
  • 04 Dek 23:15  
Şou-biznes Demet Özdemir Azərbaycan mahnısı paylaşdı

Türkiyənin sevilən aktrisası, hal-hazırda "Eşref Rüya" serialı

arrow Ətraflı
44 yaşlı qadın bıçaqlandı  Şübhəli əridir like
  • 04 Dek 23:03  
Kriminal 44 yaşlı qadın bıçaqlandı Şübhəli əridir

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı