Üzə dolğu etdirənlərə xəbərdarlıq: Kor ola bilərsiniz


Digərləri 05 Dek 2025 08:41:00 58 0

Üzə dolğu etdirənlərə xəbərdarlıq: Kor ola bilərsiniz

Elm adamları üz nahiyəsinə dolğu etdirən şəxsləri ciddi fəsadlar barədə xəbərdar edib. Mütəxəssislər bildirirlər ki, dolğu maddəsinin damarları tutması nəticəsində toxuma itkisi, hətta korluq kimi ağır nəticələr ortaya çıxa bilər.

Son.az xəbər verir ki, tədqiqat qrupu 2022-ci ilin may ayından 2025-ci ilin aprel ayına qədər Braziliya, Kolumbiya, Çili, Niderland və ABŞ-də yerləşən mərkəzlərdə uğursuz nəticələnmiş 100 dolğu prosedurunu araşdırıb.

Ultrasəs müayinələri göstərib ki, qırışların aradan qaldırılması və üzün müəyyən hissələrinin formalaşdırılması üçün edilən dermal dolğu proseduru zamanı üz damarlarında qan axını dayanır. Dr. Siqrist BBC-yə açıqlamasında bildirib ki, nadir olsa da, dolğu maddəsinin damara və ya ona çox yaxın nöqtəyə yeridilməsi toxuma ölümünə, dəri deformasiyasına və müalicə edilmədiyi halda daha ciddi nəticələrə səbəb ola bilər.

Mütəxəssis xüsusilə burun ətrafının ən riskli bölgə olduğunu vurğulayıb. Onun sözlərinə görə, burun damarları başın həyati vacib hissələri ilə əlaqəlidir və bu damarların zədələnməsi dəridə ziyan, korluq, hətta iflic kimi ağır fəsadlara yol aça bilər.

Siqrist klinikalara dolğu ediləcək nahiyəni əvvəlcədən müəyyənləşdirmək üçün ultrasəsdən istifadə etməyi tövsiyə edib. O, bildirib ki, fəsad yarandığı halda ultrasəs tıxanmanın məhz harada baş verdiyini müəyyənləşdirməyə kömək edir.

Bu araşdırmanın nəticələri bu həftə Şimali Amerika Radiologiya Assosiasiyasının illik konfransında təqdim olunacaq.

Britaniya Estetik Plastik Cərrahlar Assosiasiyasının (BAAPS) prezidenti Nora Nuqent də ultrasəsin tibbi proseslərdə böyük fayda verdiyini vurğulayaraq bildirib:

"Damarların yerləşməsinin xəritələnməsi müalicədən əvvəl çox dəyərli məlumatlar təmin edir."

Qeyd edək ki, Böyük Britaniya hökuməti avqust ayında kosmetik prosedurlara daha sərt tənzimləmələr tətbiq etməyə hazırlaşdığını açıqlamışdı. Yeni qaydalara əsasən, yüksək riskli prosedurlar yalnız ixtisaslı tibb mütəxəssisləri tərəfindən həyata keçirilməli, dolğu və botoks klinikalarının isə daha ciddi lisenziya tələblərinə cavab verməsi tələb olunacaq. Lalə Qüdrətova Son.az

"Həmin toyda yetim kimi bir qıraqda qaldım" like
  • 05 Dek 07:07  
Şou-biznes "Həmin toyda yetim kimi bir qıraqda qaldım"

Müğənni Zeynəb Həsəni maraqlı açıqlaması ilə gündəm olub. Son.az

arrow Ətraflı
Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı like
  • 05 Dek 06:06  
Digərləri Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı

Britaniyalı tədqiqatçılar çuğundurun damar, ürək və beyin sağlamlığ�

arrow Ətraflı
Yatmazdan əvvəl bu qidaları yeyin like
  • 05 Dek 05:05  
Digərləri Yatmazdan əvvəl bu qidaları yeyin

Yatmazdan əvvəl yağsız zülal, çobanyastığı çayı və qoz-fındıq qəb

arrow Ətraflı
Adi görünən gündəlik vərdiş təhlükənin xəbərçisi ola bilər like
  • 05 Dek 04:04  
Digərləri Adi görünən gündəlik vərdiş təhlükənin xəbərçisi ola bilər

Nevroloq ayağı masa altında tərpətmək vərdişinin səbəbini açıqlayıb

arrow Ətraflı
32 yaşlı qadının qəhvə içdikdən sonra ürəyi dayandı like
  • 05 Dek 03:03  
Digərləri 32 yaşlı qadının qəhvə içdikdən sonra ürəyi dayandı

32 yaşlı qadın arıqladıcı qəhvə içdikdən sonra infarkt keçirərək in

arrow Ətraflı
Gecə xoruldamaq ürək xəstəliyinin xəbərçisidir? like
  • 05 Dek 02:02  
Digərləri Gecə xoruldamaq ürək xəstəliyinin xəbərçisidir?

Mütəxəssislər bildirirlər ki, gecələr güclü xorultu yalnız yuxu pozunt

arrow Ətraflı
Azərbaycanda toy qaydaları dəyişir? like
  • 05 Dek 01:05  
Digərləri Azərbaycanda toy qaydaları dəyişir?

Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi idd

arrow Ətraflı
Bu estetik prosedurlardan sonra kor ola bilərsiniz like
  • 05 Dek 01:01  
Digərləri Bu estetik prosedurlardan sonra kor ola bilərsiniz

Mütəxəssislər bildirirlər ki, üz nahiyəsinə edilən kosmetik dolğu (fil

arrow Ətraflı
Nazirlik bu universiteti cərimələdi like
  • 05 Dek 00:55  
Digərləri Nazirlik bu universiteti cərimələdi

Bakı şəhəri Nizami rayonu, Məhsəti küçəsində yerləşən Xəzər Unive

arrow Ətraflı
"Ruhəngiz Musəvinin ailəsini mən dağıtmamışam" like
  • 05 Dek 00:47  
Şou-biznes "Ruhəngiz Musəvinin ailəsini mən dağıtmamışam"

"Heç kimin ailəsini dağıtmaram. Ruhəngiz xanım onunla 10 il yaşayıb

arrow Ətraflı
Məktəblilər təhlükə saçan oyunlara necə qoşulmalarından DANIŞDILAR like
  • 05 Dek 00:25  
Digərləri Məktəblilər təhlükə saçan oyunlara necə qoşulmalarından DANIŞDILAR

Uşaqları ölümə sürükləyən oyunlar... "Mavi balina", "rob

arrow Ətraflı
"Ora gedəndə quzu kimi otururam" like
  • 05 Dek 00:12  
Şou-biznes "Ora gedəndə quzu kimi otururam"

Müğənni Almaz Saraylı övladının toyuna heç bir ifaçını dəvət etməy

arrow Ətraflı
Dünyanın ən məhşur sosial şəbəkələrindən biri Rusiyada bloklandı like
  • 05 Dek 00:06  
Digərləri Dünyanın ən məhşur sosial şəbəkələrindən biri Rusiyada bloklandı

Rusiyada "Snapchat" tətbiqinə cinayət fəaliyyətlərində istifad�

arrow Ətraflı
Günün qoroskopu: Sözlərinizin təsiri güclü olacaq like
  • 05 Dek 00:01  
Digərləri Günün qoroskopu: Sözlərinizin təsiri güclü olacaq

Son.az 5 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
İran vitseprezidentinin qəzada yaralanan övladları da öldü like
  • 04 Dek 23:58  
Digərləri İran vitseprezidentinin qəzada yaralanan övladları da öldü

İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin noyabrın 30-da Gərmsar-

arrow Ətraflı