Yasamalda kişi bıçaqlanıb


Kriminal 09 Noy 2017 08:48:00 241 0

Yasamalda kişi bıçaqlanıb

Hadisə zərərçəkmişin yaşadığı məhəllədə baş verib

Bakının Yasamal rayonu ərazisində bıçaqlanma olub.

Son.az report.az-a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Zeynalov Bəhruz Xəlil oğlu yaşadığı məhəllədə tanışı ilə mübahisə edib.

Bu zaman qarşı tərəf onun boğaz nahiyəsinə bir bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.