Xalq artisti Rafiq Əzimov: Bizim evə Bağırovun bağından mermeyvə gəlirdi MÜSAHİBƏ


Kriminal 04 Dek 2025 20:23:00 73 0

Xalq artisti Rafiq Əzimov: Bizim evə Bağırovun bağından mermeyvə gəlirdi  MÜSAHİBƏ

Son.az APA-nın Xalq artisti Rafiq Əzimovla müsahibəsini təqdim edir:

Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq teatrın səhnəsində çalışır. Yüzə yaxın tamaşada, onlarla filmdə rol alıb. 1982-ci ildə Əməkdar, 2000-ci ildə Xalq artisti adlarını alıb, 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Mən görəndə Rafiq müəllim teatrın foyesində televiziyalardan birinə verdiyi müsahibəni yekunlaşdırmaqdaydı. Müsahibə bitir və biz teatrın labirint dəhlizləri ilə onun otağına gedirik ki, rahatca söhbət edək. Düzü, yol boyu düşünürdüm, Azərbaycan teatrının bu qocaman sənətkarına nə sual verim ki, təkrarçılıq çıxmasın? Axı deyiləcəklərin çoxunu deyib, danışılacaqların çoxunu danışıb Rafiq müəllim. Görəsən, dağarcığında mənim üçün təzə bir şey saxlayıbmı?

Otağın qənşərinə çatırıq və o, cibindən çıxardığı açarı eynəksiz filansız, heç bir çətinlik çəkmədən qapı kilidinə salıb bəlkə də yarıməsrlik əl vərdişi ilə burur, otağın qəhvəyi qapısı açılır. Güzgülərin ətrafını saran ağ işıqların parlaqlığı gözlərimi qamaşdıranda bayaqdan qəlbimi bürüyən qayğı çəkilir. Mənə elə gəlir, üzümə təkcə hansısa qrim otağının qapısı açılmır, Rafiq Əzimovun içi xatirə ləl-cəvahirləri ilə dolu yaddaş mağarasının da sirri çözülür. Ürəyimə sərin sular səpilir...

Hə, bax, indi Əlibaba fərasətini işə salıb sehrli məkana girmək olar... Vəzndə yüngül, qiymətdə ağır nə götürsən, qənimətdir...

- Bura sizin otaqdır?

- Bəli. Rəhmətlik İsmayıl Osmanlı bu qrim otağında oturub. O rəhmətə gedəndən sonra mənə verilib. Onun teatrda oynadığı rolların doxsan faizini də mən oynamışam.

- Bu boyda otaq elə tək sizə baxır?

- Sən gəlməmişdən qabaq televiziyaya Səməndər Rzayevdən danışırdım. O, düz sən dayandığın yerdə otururdu. 1980-cı ildə "Şəhərli biçinçilər" filminin Qəbələdə çəkilişlərində idik. Avqust ayının 2-də Rafael Dadaşov Bakıdan gəldi, dedi ki, xəbəriniz var, Tofiq Kazımov qəza törədib. Soruşduq vəziyyəti necədir? Dedi ölüb. Biz hamımız dəhşətə düşdük, bir ay sonra sentyabrda teatra gəlmişik, yeni mövsüm açılıb. Tamaşadan çıxmışıq. Mən orda (əli ilə otağın küncündəki əlüzyuyanı göstərir) əl-üzümü yuyuram. Səməndər də burada başıaşağı oturub. Dəsmalla üzümü siləndə gördüm tərpənmir, qorxdum, elə bildim, ürəyi tutub, çiyninə toxunub dedim: "Səməndər, Səməndər, Səməndər!" Başını qaldırıb mənə tərəf döndü (başı ilə hərəkəti təkrarlayır), gördüm gözləri dolub. Dedi, Əzimov, teatr mənim üçün qurtardı. Doğrudan da altı ildən sonra rəhmətə getdi. Amma o altı ildə içkiyə aludəçiliyi bir az da artdı.

- Əvvəldən də möhkəm içən olub.

- Mən içki barədə danışmaq istəmirəm.

O vaxt bir erməni vəkil mənə dedi, sən məhkəməyə versən, qalib gələcəksən

- Qəbul edək ki, içki sənət, yaradıcı adamların həyatının tərkib hissəsidir. Görünür, ayıq başla bəzi məsələləri dərk etmək mümkünsüzdür.

- Gərək qədərini də biləsən. Səməndəri hamıdan çox istəyirdilər. Harasa ezamiyyətə gedəndə balon-balon spirt, konyak gətirirdilər. Bir dəfə hansısa rayonda çəkilişdə idik. Səhər tezdən yemək hazırlamışdılar. Süfrədə daha nə yox idi: sıyıq, yağ, bal, qaymaq, yumurta... Səməndər "Şampan" butulkasını açıb başına çəkdi. Acıqlandım ki, gül kimi yemək hazırlayıblar. Dedi yanıram ə, yanıram. Bax, belə şeylər onu məhv elədi. Ona görə deyirəm ki, içəndə də gərək ölçüdən çıxmayasan. Mən demək olar, bütün aktyorlarla oturub-durmuşam, yemişəm-içmişəm, amma qədərində.

- Görünür, siz özünüzə "bəsdir" deyə bilmisiniz.

- Ay sağ ol.

- Amma onu çox adam deyə bilmir, xüsusən, dost məclislərində. Siz də Səməndər, Yaşar kimi "yeyib-içənlər"lə dost olmusunuz.

- Mənə, Yaşar Nuriyə, Səməndər Rzayevə, Əlabbas Qədirova doqquzuncu mikrorayonda ev vermişdilər, qonşu idik. Tez-tez görüşərdik. Bir söz deyim ki, mən onlardan bir az gec köçmüşdüm. Dördüncü mikrorayonda 29 kvadratlıq evim var idi. Mənə deyirdilər bu evi təhvil verməsən, yenisinə köçə bilməzsən. Mən də müdiriyyətə şikayət elədim ki, onsuz verdiyiniz ev 38 kvadratdır, mənim də iki oğlum var. Cəmi doqquz kvadrata görə təzə evə gedirəm? O vaxt bir erməni vəkil vardı, mənə dedi, sən məhkəməyə versən, qalib gələcəksən. Onun dediyi kimi elədim, uddum, hər iki ev özümdə qaldı.

- Erməninin sayəsində qalib gəlmisiniz.

- Hə. O deməsəydi, dördüncü mikrorayondakı evi təhvil verəcəkdim.

- O vaxt "Azdrama"da erməni aktyorlar var idi?

- Mən sizə başqa fakt deyim. 1964-cü ildə İrəvana qastrola getmişdik. Mən "Vaqif" tamaşasında Arşakı oynayıram, Mövsüm Sənani də Eldarı. Orda bir yer var, Mövsüm Sənani səhnədə arxası tamaşaçıya dağlara baxır, mən içəri daxil olan kimi deyir ki, Arşak, bir gəl yanan dərələrə bax. Mən də düşüb baxmaq istəyəndə tamaşaçı əl çalmağa başladı. İndi əl çalırlar, əl çalırlar, Mövsümü qoymurlar sözünü desin. Axırda məcbur olub səhnəyə çöndü, jestlə işarə elədi ki, sakit olun, tamaşamızı oynayaq. Onlar daha da gur əl çalmağa başladılar.

- Ermənilər?

- Ermənilər. İndi epizod qurtarıb, pərdə bağlanıb, səhnədən çıxmışıq, Mövsüm qaşının birini qaldırıb üstümə acıqlanır ki, ayə nə oyun çıxarırsan? Dedim, nə oyun çıxarıram? Qayıtdı ki, o nə əl çalmaqdır? Ermənilərin də Acemiyan adlı məşhur rejissoru vardı. O gördü ki, Mövsüm Sənani mənimlə höcətləşir, gəlib onu sakitləşdirdi ki, Mövsüm qardaş, bu ermənini oynayır, ona görə əl çalırlar.

- Ermənilər onda bizim tamaşalara baxır, bəyənirdilər?

- Hə, əlbəttə. O vaxtı o cür milli ayrı-seçkilik yox idi.

Frunzik Mkrtçyan Azərbaycan rəqslərini elə oynayırdı, deməzdin ermənidir

- Bakıda da ermənilərlə azərbaycanlıların arasında milli ayrı-seçkilik yox idi?

- Yox. Mənim o qədər rus, erməni yoldaşlarım olub.

- Mən eşitmişəm ki, ermənilərlə məhəllə-məhəlləyə davalar olurmuş.

- Məhəllə-məhəlləyə bizim də davalarımız olurdu. Mən Vidadi küçəsində, Cuhudlar məhəlləsində yaşayırdım. O qədər davalar olub. Amma bunlar heç biri milli zəmində baş verməyib.

- Demədiniz axı, "Azdrama"da erməni aktyor işləmirdi?

- Mən görməmişəm. Mənim Damğa Satirik Teatrım vardı. "Azərnəşr"in binasında tamaşalar göstərirdik. Direktor Nersisyan adlı erməni idi. Onunla bir dəfə də olsun problem yaşamamışdım. Özüm İrəvanda Frunzik Mkrtçyanla, Karen Abramyanla banketdə olmuşam. Azərbaycan rəqslərini elə oynayırdılar. Heç kənardan baxan deməzdi ermənidirlər. Yəni o dövrdə millətçilik yox idi.

- Azərbaycanlıları sıxışdırmaq, qeyri-millətlərə üstünlük vermək halları da olmurdu?

- Bəlkə də kimsə qarşılaşıb, amma mən görməmişəm. Mən özüm kasıbçılıqla böyümüşəm. Sabunçuda pasaj deyilən yer vardı.

- Mən Sabunçuda böyümüşəm, pasaj yadıma gəlir.

- Atam oranın anbarında işləyirdi. Zuğulbadakı "Bağırovski daça"dan bütün mer-meyvə ora gəlirdi, ordan da xəstəxanalara, pioner düşərgələrinə, uşaq evlərinə, istirahət evlərinə paylanırdı. Nələr yetişmirdi orda! Balon-balon xar tut kompotları gəlirdi...

- O mer-meyvə Bağırovun bağında onun üçün yetişdirilirdi?

- Aha. Orda yetişirdi, özləri nə yeyirdilər-yeyirdilər, qalanı da yeşiklərlə gəlirdi atamın anbarına.

- Siz özünüz Bağırovu görmüsünüz, yeri gəlmişkən?

- (Qeyri-ixtiyari səsi qısılır, elə bil, o illərin xofu canında oyanır) necə?

- Bağırovu görmüsünüz?

- (Eyni astalıqla) əlbəttə, görmüşəm.

- Harada?

- (Səsi yüksəlir) paradda görmüşəm.

- Uzaqdan?

- Yox e, yaxından.

- Məhkəməsi yadınızdadır?

- O vaxtı uşaq idim, amma qəzetlərdə yazırdılar, ondan-bundan eşidirdik. Demişdi ki, məni öldürmək yox, məni şaqqalamaq lazımdır. Bizim o vaxt çox elə ağlımız kəsmirdi.

Rza şahın atamın dükanına borcu varmış

- Siz dediniz atanız Sabunçudakı pasajda işləyib. Müharibədən sonra olub bunlar?

- Mənim atam lap əvvəl İranda işləyib. Orada 18 il yaşayıb. Dükanı var imiş. Rza şahı görüb. Onda hələ şah deyilmiş, atamın dükanına borcu da var imiş. Nənəm Xorasanda rəhmətə gedəndən sonra atam Bakıya gəlib.

- Atanız əslən buralı idi?

- Əlbəttə. Atam Bakıya gələndən sonra böyük əmim onu qayıtmağa qoymayıb. O da burada evlənib. 1934-cü ildə Maarif adlı bir oğlu olub, tez rəhmətə gedib, görməmişəm. 1935-ci ildə böyük qardaşım Arif, 38-ci ildə də mən anadan oldum. Atam mənim adımı Tofiq qoyub. Anamın bir xalası oğlu vardı, leninçi, düzgün partiyaçı adam idi. Atama deyib ki, sən nə edirsən, başın xarabdır, oğluna Tofiq Paşanın (Osmanlı imperiyasının sonuncu sədrəzəmi Əhməd Tofiq Paşa - M.A.) adını qoymusan? Özü də repressiya dövrü. Nə isə atamı qorxudub. O da adımı dəyişib Rafiq qoyub. Sonra 48-ci ildə başqa bir qardaşım dünyaya gəldi, atam ağrısı ürəyində qalmasın deyə ona Tofiq adını verdi. Hə, deməyim odur ki, atam müharibəyə gedəndə elə Sabunçuda işləyirdi, onu anamın xalası oğlu işə düzəltmişdi. 41-ci ildə müharibəyə getdi, 47-ci ildə müharibədən qayıtdı, eyni işə bərpa olundu.

- Niyə elə gec qayıtmışdı?

- Nə bilim? Anamgil falçıya kimi gedib baxdırmışdılar. Mənim böyük əmim oğlundan qara kağız gəlmişdi, üçkünc məktub, o yadımdadır. Həsənağa adlı uzaq qohumumuz vardı, bizim həyətdə yaşayırdı, elə öz məhəlləmizdən nişanlanıb müharibəyə getmişdi. Əminə adlı həmən qız da bir zabitlə evlənmişdi, Həsənağanı gözləməmişdi. Nişanlısı əsgərlikdə ola-ola başqasına ərə getdiyinə görə, məhəllədən keçəndə hamı onun üzünə tüpürürdü, dindirmirdilər.

- Siz də Əminəyə pis baxırdınız?

- Biz də uşaq idik də, əlbəttə. O da ərinin qoluna girib forsla yanımızdan keçirdi.

- Çingiz Aytmatovun "Cəmilə" povestinə bənzədi.

- (Gülür) hə. Həsənağa müharibədən gəldi. Bibisindən soruşdu ki, Əminə nətərdi? Hamımız susub gözləyirdik, görək nə olacaq. Birdən bibi qayıtdı ki, Allah onun belini sındırsın, sındırdı bizim belimizi. Sən inanırsan ki, o Həsənağanın saçları iki dəqiqə içində ağardı. Özü də ali savadlı idi, müharibədən gələndən sonra vəzifə verdilər.

- Əminəyə, yaxud zabitə heç nə eləmədi?

- Yox. Nə edəcək? Sonra başqası ilə evləndi.

Sinif rəhbərimiz qayçı ilə saçımı kəsdi, ondan sonra bu müəllimdən zəhləm getdi

- Rafiq müəllim, danışırsınız sizə baxıram. Yəqin belə bir sual versəm, inciməzsiniz.

- Rahat ol, sözünü de.

- Saçlarınız həmişə belə uzun olub, yoxsa sonradan uzatmısınız?

- Mən uşaqlıqdan uzun saç saxlamağı sevmişəm. Bu mənə tamaşada uzun saçlı rolları oynamağa kömək edir. Bax (yaradıcılığına həsr olunmuş qalın bir kitabı açıb oradakı şəkilləri göstərir), görürsən? "Xurşudbanu Natəvan" tamaşasındandır, saqqal taxıram, saçlar kömək olur. Bu da "Baş" tamaşası.

- Rol üçün saçlarınızı kəsərsiniz?

- Yox, qətiyyən. Mən məktəbdə oxuyanda uzun saç saxlamağa qoymurdular, mən isə höcət edirdim, uzun saxlayırdım. Hətta bir dəfə Şəfiqə adlı sinif rəhbərimiz qayçı gətirdi, saçımı burdan (əli ilə göstərir) kəsdi. Heç bir şey eləmək olmazdı, ya gərək şapka qoyaydım, ya da keçəl qırxdıraydım.

Mən də getdim acıqca keçəl qırxdırdım. Bu, aşağı siniflərdə olub. Ondan sonra bu müəllimdən zəhləm getdi. Sonra yenə saxladım. İnstituta daxil olanda da saçlarım var idi.

- Bilirsiniz niyə soruşuram? Ötən əsrin 60-70-ci illərində SSRİ-yə hippi mədəniyyətinin gəlişi ilə uzun saç dəbə mindi. Dedim bəlkə siz də o təsirə düşmüşünüz.

- Mən o vaxtları rəqs meydançalarına getməyi çox sevirdim. Qızlarla rəqs edim. O qızların çoxu da rus olurdu.

- Azərbaycanlı qızlar, deyəsən, elə yerlərə çox getmirdilər.

- Yox, azərbaycanlı qızların rəqs meydançalarına gəlməyinə pis baxırdılar. Ora gələn qızların əksəriyyəti ya rus, ya da qeyri-müsəlman millətlərin nümayəndələri olurdu.

- Qızlarla tanış ola bilirdiniz?

- Məlum məsələdir. Görüş təyin edirdik (gülür). Qabaq hərdən bir bu sualları mənə yoldaşım verirdi. Mən də gizlətmirdim. Cavan uşaqlardıq, yığışırdıq gedirdik.

Zirzəmidə yaşayırdıq, ikinci mərtəbədəki erməni ayaqlarını döyə-döyə gəzirdi

- Elə bil sovetlərin müharibədən sonrakı illəri nisbətən firavanlıq olub.

- Aclıq olsa da, camaat xoşbəxt idi. Atam əsgərlikdən gələndən sonra bizim ailənin dolanışığı bir balaca başqalarından fərqləndi. Camaatda yeməyə nəsə olmayanda bizim evə mer-meyvə gəlirdi, qohum-əqrəbaya da paylayırdıq.

- Hərənin bir dənə kostyumu vardı, amma...

- Nə kostyum, kostyum nədir? Bu ondan paltar alıb geyinirdi, o bundan. Bu onun ayaqqabısını geyinirdi, o bunun ayaqqabısını geyinirdi.

- Atam danışır ki, qardaşı ilə ikisinə bir dənə çəkmələri var imiş, qardaşı məktəbdən gələndə yolda dəyişirmişlər, atam geyinib ikinci növbə dərsə gedirmiş.

- Hə, eləydi. Heç kəs də utanmırdı. Xəcalət çəkmirdi. Bizim məhəllədə cuhud var idi. Onun uşaqlarının üçtəkər velosipedi vardı, biz ona həsrətlə baxırdıq. Hə, onların yaşayışı bizimkindən nisbətən yaxşı idi. Amma qalanlar heç bizdən seçilmirdilər. Özü də biz zirzəmidə yaşayırdıq, ikinci mərtəbədə arvadı və qızı ilə bir təyyarəçi qalırdı, əməlli-başlı faşist idilər. Onlar evdə çəkmə ilə ayaqlarını döyə-döyə gəzəndə biz aşağıdan tavana "şvabra" ilə vurardıq ki, bəsdirin.

- Niyə elə gəzirdilər?

- Bizi incitmək üçün. Azərbaycanlı olduğumuza görə edirdilər. Kişi erməni, arvadı rus idi, amma şovinistindən. Bir az qızı mülayim idi, pilləkəndə filan görəndə salam verirdi.

Havasızlığı bəhanə edib Rafiq müəllimə bayıra çıxmağı təklif edirəm. Fotoqrafımız üçün də özünü sınamaq imkanı olsun, yaxşı şəkillər çəksin. Fağır dar-dalış otaqda nə qədər ora-bura hərlənəsidir? Xülasə, qrim otağından çıxıb teatrın arxasındakı həyətə gəlmişik. Burada gəzişə-gəzişə söhbətimizə davam edirik.

Şurik məni görən kimi qayıdasan ki, bay, bay, bay, öz-özümə dedim, bu məni hardan tanıyır?

- İstər teatrda, istər kinoda saysız-hesabsız rollarınızın olmasına baxmayaraq, sizi həmişə görənlər ilk növbədə "Yeddi oğul istərəm" filmindəki Şahsuvar rolunuzu xatırlayır. Elə bilirəm bir əsərinin, bir rolunun hədsiz sevilməsi müəyyən dövrdən sonra yazıçını, aktyoru, sənətkarı qıcıqlandırır. Siz necə düşünürsünüz?

- Nə bilim? Məni bu rola görə çox sevirlər.

- Siz özünüz bundan razısınız?

- Vallah razıyam, ona görə ki, mənim çəkildiyim ilk film "Lenfilm"in istehsalı olub. O da təsadüfdür. Teatra məşqə gəlirdim, bax, burdan keçirdim (dayandığı yeri göstərir), gördüm bir qadın mənə yaxınlaşdı. Məndən soruşdu ki, filmdə çəkilmək istəyərəm?

Dedim, hə. O məndən xahiş etdi ki, kinostudiyaya yaxınlaşım. Nə isə ora getdim. Dəhlizdən keçirdim, gördüm həmən arvad qapıdan çıxdı, mənim qoluma girdi, otağa apardı. Otaqda beş-altı nəfər vardı. Birdən qayıtdı ki, bu da bizim Əli dayı. Sonra mənə ssenarini verdilər. Ssenarini oxuyandan sonra "Azərbaycan" mehmanxanasına getdim. Orada rejissorla görüşəsiydim. Əminə Yusifqızı da mənim arvadım rolunda çəkilirdi.

- Allah rəhmət eləsin.

- Ölməyib ki, ölüb?

- Hə, qırxı təzə çıxıb.

- Hə, hə.

- Xəbəriniz olmayıb?

- Oldu. Sadəcə yasına gedə bilmədim. Hə. Ssenarini oxuyandan sonra Əminəyə dedim ki, gəl rejissorla görüşə bir yerdə gedək, pay-parça da alarıq. Nə isə onun işi çıxdı, özüm iki butulka kəmşirin alıb "Azərbaycan" mehmanxanasına getdim. Qapını döydüm. Rejissor məni qarşıladı. Gördüm bir nəfər də ayağını uzadıb pəncərədən baxır. Bu qayıtdı ki, Saşa, tanış ol. Saşa döndü. Gördüm Şurik, "Operasiya I"dakı Şurik. Məni görən kimi qayıdasan ki, bay, bay, bay. Öz-özümə dedim, bu məni hardan tanıyır? Demə əlimdəki çaxırı görüb sevinibmiş. Çaxırı əlimdən alıb açdı, süzdü, tanışlığımızın şərəfinə içdik.

- Filmdə Şurik də çəkiləcəkdi?

- Şurik də çəkiləcəkdi, Ludmila Qurçenko da. Film müharibə vaxtı Bakıda ruslarla azərbaycanlıların münasibətindən bəhs edirdi. Çəkilişdə üç-dörd yaşında bir uşaq lazım idi. Mənim böyük oğlum Eldarı çəkdilər. İndi altmış yaşı var.

Bakıda supermarketdə şaxta babalar əlbəyaxa oldu like
  • 04 Dek 20:14  
Digərləri Bakıda supermarketdə şaxta babalar əlbəyaxa oldu

Bakıda supermarketdə Şaxta Babaların dava etməsi ilə bağlı görüntülə

arrow Ətraflı
Niyə eyni evdə biri xəstələnir, o biri yox?  Açıqlama like
  • 04 Dek 20:12  
Digərləri Niyə eyni evdə biri xəstələnir, o biri yox? Açıqlama

Bəzi evlərdə sakinlərin tez-tez xəstələnməsinin səbəbi toz, kif və z�

arrow Ətraflı
Almaniya Kansleri İlham Əliyevə zəng edib like
  • 04 Dek 20:11  
Siyasət Almaniya Kansleri İlham Əliyevə zəng edib

Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azə

arrow Ətraflı
Kiberhücum cəhdinin qarşısı alındı  Mənzillərin seçimi uğurla başa çatdı like
  • 04 Dek 19:56  
Digərləri Kiberhücum cəhdinin qarşısı alındı Mənzillərin seçimi uğurla başa çatdı

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompl

arrow Ətraflı
Ermənistanda hərbi xidmət müddəti azaldılır like
  • 04 Dek 19:51  
Digərləri Ermənistanda hərbi xidmət müddəti azaldılır

Ermənistan parlamenti "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqq

arrow Ətraflı
Sabahın tibbimeteoroloji PROQNOZU like
  • 04 Dek 19:48  
Digərləri Sabahın tibbimeteoroloji PROQNOZU

Dekabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
"Survivor 2026"  iştirakçıları bəlli oldu  FOTO like
  • 04 Dek 19:30  
Şou-biznes "Survivor 2026" iştirakçıları bəlli oldu FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi

arrow Ətraflı
Bakıda vəkilə hücum edib xəsarət yetirdilər  FOTO like
  • 04 Dek 19:23  
Digərləri Bakıda vəkilə hücum edib xəsarət yetirdilər FOTO

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

arrow Ətraflı
İş adamının qızı qəfil vəfat etdi like
  • 04 Dek 19:21  
Digərləri İş adamının qızı qəfil vəfat etdi

Tanınmış iş adamı Rüfət Şirinovun qızı qəfil vəfat edib.

arrow Ətraflı
Ermənistanda daha bir arxiyepiskop tutulub like
  • 04 Dek 19:05  
Digərləri Ermənistanda daha bir arxiyepiskop tutulub

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı sax

arrow Ətraflı
Yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ like
  • 04 Dek 19:02  
Digərləri Yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nə

arrow Ətraflı
Qonşudan hamilə qalan bacısını bıçaqlayan şəxsə ağır cəza verildi like
  • 04 Dek 18:48  
Kriminal Qonşudan hamilə qalan bacısını bıçaqlayan şəxsə ağır cəza verildi

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman Qarayev qısqanclıq zəmi

arrow Ətraflı
Leylinin sevgilisindən kövrək paylaşım like
  • 04 Dek 18:42  
Digərləri Leylinin sevgilisindən kövrək paylaşım

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Bakıda yaşadığı evin hamamında 18

arrow Ətraflı
Gələn il maaşımızdan nə qədər vergi tutulacaq? like
  • 04 Dek 18:21  
Digərləri Gələn il maaşımızdan nə qədər vergi tutulacaq?

Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyə naziri Sahil Baba

arrow Ətraflı
“Arka Sokaklar” serialının aktyoru VƏKİL OLDU like
  • 04 Dek 18:15  
Şou-biznes “Arka Sokaklar” serialının aktyoru VƏKİL OLDU

"Arka Sokaklar"ın ulduzu Kerimhan Duman (Tunç) ali təhsilini tamaml

arrow Ətraflı