Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 04 Dek 2025 20:11:00 69 0
Dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Son.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.
Prezident İlham Əliyev ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kansler Fridrix Merts dövlətimizin başçısını Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib. Son.az
Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompl
Ermənistan parlamenti "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqq
Dekabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi
Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.
Tanınmış iş adamı Rüfət Şirinovun qızı qəfil vəfat edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı sax
Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nə
Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman Qarayev qısqanclıq zəmi
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Bakıda yaşadığı evin hamamında 18
Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyə naziri Sahil Baba
"Arka Sokaklar"ın ulduzu Kerimhan Duman (Tunç) ali təhsilini tamaml
Bakıda nəqliyyatın hərəkət axınına əks istiqamətdə gedən sürücü h
Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb.
