Kiberhücum cəhdinin qarşısı alındı Mənzillərin seçimi uğurla başa çatdı
Digərləri 04 Dek 2025 19:56:00 88 0
Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.
Bu xəbəri də oxu: Yemək yeyərkən su içməyin
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, ilk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilmişdir.
Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınmışdır. Vətəndaşlar "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.
Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.
Ermənistan parlamenti "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqq
Dekabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi
Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.
Tanınmış iş adamı Rüfət Şirinovun qızı qəfil vəfat edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı sax
Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nə
Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman Qarayev qısqanclıq zəmi
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Bakıda yaşadığı evin hamamında 18
Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyə naziri Sahil Baba
"Arka Sokaklar"ın ulduzu Kerimhan Duman (Tunç) ali təhsilini tamaml
Bakıda nəqliyyatın hərəkət axınına əks istiqamətdə gedən sürücü h
Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb.
Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post
