Bakıda arvad ərini xüsusi amansızlıqla öldürdü HADİSƏ YERİNDƏN GÖRÜNTÜ VİDEO


Kriminal 08 Noy 2017 21:30:00 288 0

Bakıda arvad ərini xüsusi amansızlıqla öldürdü  HADİSƏ YERİNDƏN GÖRÜNTÜ  VİDEO

Qadın həyat yoldaşını amansızlıqla qətlə yetirib.

Son.az bildirir ki, ağır cinayət gecə paytaxtın Sabunçu rayonunda baş verib. Məlumata görə, 28 yaşlı Nazim Vəliyev işdən evə qayıdandan sonra həyat yoldaşı 23 yaşlı Tünzalə Vəliyeva ilə ailədaxili məsələ üstündə mübahisə edib. Mübahisə o həddə çatıb ki, Tünzalə Vəliyeva Nazim Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə Nazim Vəliyev yerə yıxılıb. Hirsi soyumayan qadın huşsuz vəziyyətdə yerdə qalan həyat yoldaşının başına bu dəfə qaz balonunu bir neçə dəfə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib.

Səsə gələn qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə Sabunçu rayon polis və prokurorluq əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən Tünzalə Vəliyeva saxlanılaraq istintaqa cəlb edilib. Qonşuların verdiyi məlumata görə, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və Nazim Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub. Ər və arvadın birgə nikahdan isə iki azyaşlı övladı var.

Faktla bağlı Tünzalə Vəliyeva barəsində Sabunçu rayon prokuroluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.