ADGTTda yeni layihəyə baxış keçirildi...


Kriminal 08 Noy 2017 19:42:00 296 0

ADGTTda yeni layihəyə baxış keçirildi...

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanının motivləri əsasında "Eşq-i Nigar" adlı məhəbbət dastanı hazırlanırdı.

Son.az bildirir ki, layihə Bakı Yunis Əmrə İnstitutu ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşmışdır.

Bu gün "Eşq-i Nigar" tamaşasına ictimai baxış keçirilmişdir. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış edirdi. Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur. Yeni layihə- tamaşa noyabr ayının 14-də saat 19:00-da ilk dəfə geniş ictimaiyyətə və teatrsevərlərə təqdim ediləcəkdir.