Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək: 34 ölkə, 78 film FOTO


Kriminal 04 Dek 2025 17:00:00 67 0

Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək: 34 ölkə, 78 film  FOTO

5-9 dekabr 2025-ci il tarixində 16-cı Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.  

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən "Baku Cinema Breeze 25" film festivalı çərçivəsində reallaşır. Festivalın açılış mərasimi dekabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. 

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Bu il Festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir. 

Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının "Ən yaxşı prodüser" mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kino mütəxəssis İqor Soukman qiymətləndirəcək.

Festivalın Yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliğ olunması ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur. 

Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni Zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər. 

Asiya istedadları müsabiqəsinin jüri heyətində prodüseri olduğu filmlərlə Kann, Tampere, Kazan, Daşkənd,  Düşənbədə mükafatlar qazanan Əli- Səttar Quliyev, "Şərq-Qərb. Klassika və avanqard" beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev, beynəlxalq festivallar qalibi kinorejissor, operator Daniel Quliyev yer alır. 

Bildiyiniz kimi Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı "Qızıl Nar"dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.

Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların diqqətinə təqdim edilir. Belə proqramlardan olan "Dili bizim"də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Bakı Beynəlxalq  Film Festivalının "British Council"la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir. 

Festivalın bağlanış-mükafatlandırma mərasimi 9 dekabr saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.  Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, "British Council", "Şahdağfilm", Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, "Cinelab", "DOST TV", Yunis Əmrə İnstitutudur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

"İvanovka" ticarət obyektində kərə yağı saxta imiş like
  • 04 Dek 16:50  
Digərləri "İvanovka" ticarət obyektində kərə yağı saxta imiş

Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 49, m. 6 ünvanın

arrow Ətraflı
Qəhvə yuxunu qısaldır, amma... like
  • 04 Dek 16:46  
Digərləri Qəhvə yuxunu qısaldır, amma...

Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinli

arrow Ətraflı
Kapital Bankdan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur like
  • 04 Dek 16:45  
Digərləri Kapital Bankdan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur

Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha

arrow Ətraflı
Rusiya Odessaya zərbə endirdi  Yaralananlar var like
  • 04 Dek 16:39  
Dünya Rusiya Odessaya zərbə endirdi Yaralananlar var

Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edi

arrow Ətraflı
Zaurun efirində ara qarışdı  ekspertlərin mikrafonları SÖNDÜRÜLDÜ like
  • 04 Dek 16:30  
Digərləri Zaurun efirində ara qarışdı ekspertlərin mikrafonları SÖNDÜRÜLDÜ

ATV-də yayımlanan "Bizimləsən" verilişinin son buraxılışında

arrow Ətraflı
Bakıya leysan yağacaq  XƏBƏRDARLIQ like
  • 04 Dek 16:27  
Digərləri Bakıya leysan yağacaq XƏBƏRDARLIQ

Dekabrın 5-dən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında arabir

arrow Ətraflı
Araq içib qonşusunun həyətinə od vurdu  10 minə yaxın ziyan dəydi like
  • 04 Dek 16:25  
Digərləri Araq içib qonşusunun həyətinə od vurdu 10 minə yaxın ziyan dəydi

Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını ya

arrow Ətraflı
“Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...”  Tanınmış həkimin qızı like
  • 04 Dek 16:21  
Digərləri “Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...” Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinay�

arrow Ətraflı
"Con moto" adlı konsert keçirilib  FOTO like
  • 04 Dek 16:18  
Kriminal "Con moto" adlı konsert keçirilib FOTO

Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı Beyəlxalq Muğa

arrow Ətraflı
Sayılı günlər qalıb  3 milyon telefonun IMEIi bloklanacaq like
  • 04 Dek 16:00  
Digərləri Sayılı günlər qalıb 3 milyon telefonun IMEIi bloklanacaq

Türkiyədə 31 Dekabr 2025-dən etibarən bir ildən artıq şəbəkəyə qoşu

arrow Ətraflı
"Bahalı "şuba"larıma xərclədiyim pula 3 ev ala bilərdim" like
  • 04 Dek 15:51  
Şou-biznes "Bahalı "şuba"larıma xərclədiyim pula 3 ev ala bilərdim"

Müğənni Zahidə Günəş "Öz aramızda" verilişinə qonaq olaraq

arrow Ətraflı
Səhər limonlu su içməyin faydaları like
  • 04 Dek 15:50  
Digərləri Səhər limonlu su içməyin faydaları

Səhər ac qarına bir stəkan limonlu su içməyin bir çox faydasının oldu�

arrow Ətraflı
"Rusiya istənilən halda Ukraynada öz məqsədlərinə çatacaq" like
  • 04 Dek 15:42  
Digərləri "Rusiya istənilən halda Ukraynada öz məqsədlərinə çatacaq"

Rusiya Prezidenti Vladimir Putin "India Today"ə müsahibəsində bild

arrow Ətraflı
Süni intellekt efirə çıxır  Xəbər təqdim edəcək like
  • 04 Dek 15:20  
Digərləri Süni intellekt efirə çıxır Xəbər təqdim edəcək

"NOCOMMENT.az" informasiya portalı yeni layihəsini təqdim etməyə

arrow Ətraflı
Mehdiyevin indiyədək heç kəsə məlum olmayan sirləri  Komissiya sədri AÇIQLADI like
  • 04 Dek 15:15  
Digərləri Mehdiyevin indiyədək heç kəsə məlum olmayan sirləri Komissiya sədri AÇIQLADI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında qalma

arrow Ətraflı