Mehdiyevin indiyədək heç kəsə məlum olmayan sirləri Komissiya sədri AÇIQLADI
Digərləri 04 Dek 2025 15:15:00 74 0
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında qalmaqal davam edir. İş çərçivəsində onunla əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib.
Bu xəbəri də oxu: Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir
"Mehdiyev işi" ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Son.az xəbər verir ki, hadisələri Modern.az-a şərh edən Milli Məclisin İntizam komissiyasının sədri, YAP-ın məşhur simalarından olan Eldar İbrahimov indiyədək məlum olmayan bir sıra faktları açıqlayıb.
O bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında Ramiz Mehdiyevin işi ilə bağlı çox gərgin müzakirələr gedir:
"Bir çox insanlar hətta düşünmürlər ki, 87 yaşında olan bir şəxs qanuni yolla hakimiyyətə gəlməyin mümkün olmadığını bildiyi halda zorakı yolla ölkəyə rəhbərlik etmək iddiasına düşsün. Ancaq bu bir həqiqətdir və Ramizkimilərin əqidəsi gec-tez üzə çıxmalı idi və hazırda bütün ölkəyə bəyan olundu.
Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində respublikamıza rəhbərlik etdiyi vaxtlar kasıb ailələrdən olan gəncləri yuxarı orqanlara dəvət edərək onların bilik və bacarıqlarının daha da təkmilləşməsinə, idarəetmə təcrübəsi toplamalarına şərait yaradırdı. Belə gənclərdən biri də Moskvada aspiranturanı bitirib Azərbaycana qayıdan Ramiz Mehdiyev idi. O, bu dövrdə məhz Heydər Əliyevin diqqət və qayğısı ilə respublikamızın partiya orqanlarında yüksək vəzifələr tutmuş, həmin vaxtlarda hətta ölkəmizin Ali idarəetmə orqanı olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsinə kimi yüksəlmişdir. Bununla belə, o, öz çirkin əməllərindən də əl çəkməmişdir.
Onun xisləti özü xasiyyətdə olan adamları ətrafına toplamaqla qruplar yaratmaq, dövlətinə sədaqətlə xidmət edən vəzifəlilərlə ölkə rəhbərinin arasını vurmaq, özünün hamıdan çox yüksək vəzifələrə layiq olduğuna rəhbərliyi inandırmaq olmuş və bu istiqamətdə daim çalışmışdır. Bir çox tanınmış simaların Heydər Əliyevdən incik düşməsinin səbəbi də Ramiz Mehdiyevin bu insanlığa sığmayan davranışları idi. Bunu həmin dövrdə onunla bir yerdə işləyənlər açıq deyirdilər. Hətta Heydər Əliyev Naxçıvanda işləyəndə xalqımız onu respublikaya rəhbərliyə dəvət edəndə də Ulu Öndərin əleyhinə danışmaqdan çəkinmirdi.
Bütün bunlara baxmayaraq Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərliyə başlayanda Ramiz Mehdiyevə yenə də etimad göstərərək onu Prezident Administrasiyasında Aparat rəhbəri kimi çox yüksək vəzifəyə təyin etdi. O, bu vəzifədə işlədiyi 25 il müddətində hələ Moskvada təhsil aldığı müddətdə formalaşan Rusiyanın Azərbaycana mürtəce siyasətinə rəğbətini daha açıq surətdə biruzə verirdi. Ramiz Mehdiyev bir dəfə də olsun "Bir millət, iki dövlət" dediyimiz Türkiyəyə səfər etməyib, lakin daim Rusiyada müxtəlif görüşlərdə iştirak etməklə Ulu Öndərin və İlham Əliyev cənablarının etibarından sui istifadə edərək öz çirkin əməllərini davam etdirirdi. Belə ki, icra, qanunverici və məhkəmə orqanlarında layiq olmayan insanların onun özünə sərf edən şəxslərə uyğun yüksək vəzifələrə təyinat almalarına nail olur, öz mövqeyini möhkəmləndirmək üçün müxtəlif yollarla ətrafına adamlar toplayır, respublikamızın bölgələri haqqında reallıqdan uzaq fikirlər formalaşdırırdı".
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 ünvanında yerləşən çoxmərt�
"Kainat gözəli" qalibi Fatima Boş məhkəməyə verilib.
Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.
"Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli
Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəl
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkd
Avtomobil bazarında bəzi krossoverlər sərfəli görünə bilər, amma eksper
BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının (UNEA7) Prezidenti,
Xalq artisti Röya Ayxan "Tarixin bir günü" verilişində maraqlı f
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
İsveçrəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Pre
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı ş�
Bakı, Azərbaycan - 21 noyabr 2025-ci il - Mastercard Azərbaycan ictimai nəql
Hollivud ulduzu Ancelina Colinin rol aldığı "Sanni" filminin çəki
Dekabrın ilk günlərində Əkizlər bürcündəki dolunay güclü təsirini g�
