Elçin Əmirbəyov Bern şəhərində görüşlər keçirdi FOTO
Digərləri 04 Dek 2025 13:20:00 49 0
İsveçrəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrənin Xarici İşlər üzrə Dövlət Katibi Aleksandr Fasel, eləcə də Milli Şuranın Xarici Əlaqələr Komitəsinin sədri Loran Verli və onun müavini Sibel Arslan ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin parlamentlərarası əlaqələrin canlandırılması istiqamətində ciddi iradə və qarşılıqlı maraqlarını ifadə ediblər.
Bu xəbəri də oxu: AZAL uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə verib
Elçin Əmirbəyov həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və perspektivləri, bölgədə dayanıqlı sülhün və inkişafın təmin olunması məqsədilə Azərbaycan tərəfindən atılan konkret addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Bu kontekstdə regionda nəqliyyat kommunikasiyalarının bərpasının və Cənubi Qafqazın tranzit potensialının artırılmasının, xüsusilə də beynəlxalq sülh və rifah naminə Tramp Marşrutunu da özündə birləşdirən Zəngəzur dəhlizinin işə salınmasının strateji əhəmiyyəti izah olunub.
Səfər çərçivəsində Prezidentin nümayəndəsi həmçinin ölkənin siyasi və iqtisadi elitasının nüfuzlu təmsilçilərini bir araya gətirən nüfuzlu platforma - Bern Siyasi Klubunun təşkil etdiyi tədbirdə çıxış edərək Cənubi Qafqazda gedən geosiyasi proseslər və Azərbaycan ilə Ermənistan arasında sülh prosesi haqqında təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Keçirilmiş görüşlər zamanı Elçin Əmirbəyov İsveçrə tərəfini Ermənistanın işğalı dövründə Azərbaycanın mədəni irs abidələrinin dağıdılması və ölkədə genişmiqyaslı mina problemi barədə ətraflı məlumatlandırıb, bu mövzularla bağlı nəşrləri təqdim edib.
Bakı, Azərbaycan - 21 noyabr 2025-ci il - Mastercard Azərbaycan ictimai nəql
Hollivud ulduzu Ancelina Colinin rol aldığı "Sanni" filminin çəki
Dekabrın ilk günlərində Əkizlər bürcündəki dolunay güclü təsirini g�
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ lideri Donald Trampla telefon danı�
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəz
Kanal D-də yayımlanan Eşref Rüya serialında 24-cü bölümün ən çox dan�
Azərbaycanda bir sıra universitet, məktəb və kurslarda bayramla bağlı iş
Azərbaycan hüquqi dövlətdir və burada məsuliyyət yalnızhüquq çərçiv�
Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük
Yeni il gecəsinə hələ 1,5 ay qalmasına baxmayaraq, məşhur sənətçiləri
Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münas
