Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib FOTO
Siyasət 04 Dek 2025 12:01:00 66 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.
Bu xəbəri də oxu: Gültəkin Hacıbəyli İstanbuldan daha bir açıqlama yaydı
Son.az xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlətimizin başçısına çatdırdı.
Lord Vernon Koaker ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırladı.
İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirdi.
Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğuladı və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxundu. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu dedi və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münas
Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin Əmlak Agentli
Naxçıvanda bir araya gələn Azərbaycan və Türkiyə iş adamları sərhədy
1 dekabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək VTB korporati
Xəbər verdiyimiz kimi, "Aristokrat" klinikasında sertifikatsız sto
Xalq Bankın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin 26-cı n
Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son
Şəmkirin Tatarlı kəndinin yeni yaşayış massivi 37 il əvvəl salınıb. A
Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz yeni pay
"Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintilər
Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) son hesabatına
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Aparıcı Elgiz Əkbərin evindən görüntülərlər diqqət çəkib.
