Naxçıvanda 2ci AzərbaycanTürkiyə Regional İqtisadi Forumu keçirilib FOTO


Digərləri 04 Dek 2025 11:42:00 65 0

Naxçıvanda 2ci AzərbaycanTürkiyə Regional İqtisadi Forumu keçirilib  FOTO

Naxçıvanda bir araya gələn Azərbaycan və Türkiyə iş adamları sərhədyanı ticarət, investisiya qoyuluşu və biznes sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

Naxçıvan şəhərində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə 2-ci Azərbaycan - Türkiyə Regional İqtisadi Forumu keçirilib. Tədbirin açılış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Türkiyə Palatalar və Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının, "Cahan Holding" və "Marsol Group"un dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, eləcə də 200-dən çox iş adamı qatılıb.

Forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə Türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir. 

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi  Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın vitse-prezidenti, Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxışlarında ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlar barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının açılmasına töhfə verir, xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır. Çıxışçılar həmçinin ticarət, xüsusilə sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu, biznesin bu imkanlardan səmərəli istifadəsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu like
  • 04 Dek 11:30  
Digərləri VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu

1 dekabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək VTB korporati

arrow Ətraflı
Məşhur özəl klinikaya protokol yazıldı  SƏBƏB like
  • 04 Dek 11:25  
Digərləri Məşhur özəl klinikaya protokol yazıldı SƏBƏB

Xəbər verdiyimiz kimi, "Aristokrat" klinikasında sertifikatsız sto

arrow Ətraflı
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində  FOTO like
  • 04 Dek 11:15  
Digərləri Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində FOTO

Xalq Bankın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin 26-cı n

arrow Ətraflı
Bakı əvvəlki kimi küləkli deyil  SƏBƏB like
  • 04 Dek 10:52  
Digərləri Bakı əvvəlki kimi küləkli deyil SƏBƏB

Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son

arrow Ətraflı
"Mavi yanacaq" həsrəti bitmir  Bu kəndin sakinləri hələ də qazsız yaşayır like
  • 04 Dek 10:45  
Digərləri "Mavi yanacaq" həsrəti bitmir Bu kəndin sakinləri hələ də qazsız yaşayır

Şəmkirin Tatarlı kəndinin yeni yaşayış massivi 37 il əvvəl salınıb. A

arrow Ətraflı
Uzun müddətdir yox idi  Necati Şaşmaz aylar sonra üzə çıxdı  FOTO like
  • 04 Dek 10:40  
Şou-biznes Uzun müddətdir yox idi Necati Şaşmaz aylar sonra üzə çıxdı FOTO

Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz yeni pay

arrow Ətraflı
“Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...”  FOTOlar like
  • 04 Dek 10:21  
Digərləri “Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...” FOTOlar

"Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintilər

arrow Ətraflı
Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"? like
  • 04 Dek 10:00  
Digərləri Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"?

Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha

arrow Ətraflı
Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur? like
  • 04 Dek 09:52  
Siyasət Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur?

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) son hesabatına

arrow Ətraflı
Nazir rəisi işdən çıxardı  İki təyinat etdi like
  • 04 Dek 09:44  
Digərləri Nazir rəisi işdən çıxardı İki təyinat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Elgiz ilk dəfə qızının otağını GÖSTƏRDİ like
  • 04 Dek 09:32  
Şou-biznes Elgiz ilk dəfə qızının otağını GÖSTƏRDİ

Aparıcı Elgiz Əkbərin evindən görüntülərlər diqqət çəkib.

arrow Ətraflı
Mikroavtobus su kanalına AŞDI  çox sayda yaralı var like
  • 04 Dek 09:25  
Digərləri Mikroavtobus su kanalına AŞDI çox sayda yaralı var

Şəmkirdə mikroavtobus su kanalına aşıb.

arrow Ətraflı
Rubl və avro bahalaşdı, dollar isə... like
  • 04 Dek 09:20  
Digərləri Rubl və avro bahalaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Kağız dəsmal alarkən diqqət  İçində olan bu 3 maddə xərçəng yaradır like
  • 04 Dek 09:15  
Digərləri Kağız dəsmal alarkən diqqət İçində olan bu 3 maddə xərçəng yaradır

Gündəlik istifadədə ən zərərsiz görünən məhsullardan biri hesab edil�

arrow Ətraflı