Prezident İlham Əliyev Monteneqronun nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Siyasət 02 Noy 2017 13:39:00 257 0
Dövlət başçısı hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu deyib
Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən Prezident İlham Əliyev hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu qeyd etdi.
Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirdi. Səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməkdən şərəf duyduğunu deyən Srcan Darmanoviç Ulu Öndərin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğuladı, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu dedi.
Dövlətimizin başçısı Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin Bakıya səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirib.
*** 10:27
Bakı. 2 noyabr.