Azərbaycan XİN başçısı Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərtlərini açıqlayıb


Siyasət 02 Noy 2017 13:44:34 290 0

Azərbaycan XİN başçısı Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərtlərini açıqlayıb

"Rəsmi Bakının mövqeyi aydındır"

"Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir."

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov monteneqrolu həmkarl ilə görüşdən sonra keçirdiyi brifinqdə Ermənistanın BTQ layihəsində iştirakı ehtimalını şərh edərkən deyib.

"Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", - E.Məmmədyarov bildirib.

Xatırladaq ki, BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib.