Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib


Siyasət 02 Noy 2017 12:27:35 280 0

Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Milli Yığıncağının sədri Xizri Şixsaidovu qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.