Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq


Siyasət 01 Noy 2017 16:22:00 223 0

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Qeyd olunur ki, Birlik Türkiyə İctimai Nəzarət Komitəsinin səyləri ilə yaradılacaq.

Artıq Azərbaycan Ombudsman Aparatı ilə məsləhətləşmələrdən sonra Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin təsis edilməsinin qərara alındığı bildirilir.

Bununla bağlı cari ilin sonlarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ombudsmanlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində