Yankauskas: "Aİ ilə Azərbaycan yeni sazişlə bağlı irəliləyişə nail ola bilər"


Siyasət 31 Okt 2017 14:16:00 307 0

Yankauskas: "Aİ ilə Azərbaycan yeni sazişlə bağlı irəliləyişə nail ola bilər"

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlarda irəliləyişə Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinədək nail ola bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Aİ və Azərbaycan yeni hərtərəfli sazişlə bağlı danışıqlar aparır: "Danışıqlar intensiv davam edir. Bu sazişlə bağlı biz bir neçə dəfə danışıqlar keçirmişik. Noyabrda da Brüssel sammitindən əvvəl daha çox görüş və videokonfransların keçirilməsi nəzərdə tutulur. Bu saziş bizim əlaqələrimiz və əməkdaşlığımız üçün əsas olacaq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində