Kreml: Rusiya, Azərbaycan və İran prezidentləri noyabrın 1-də görüşəcəklər


Siyasət 30 Okt 2017 14:42:26 282 0

Kreml: Rusiya, Azərbaycan və İran prezidentləri noyabrın 1-də görüşəcəklər

Dövlət başçılarının üçtərəfli görüşü Tehranda keçiriləcək

Rusiya, Azərbaycan və İran prezidentləri - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani noyabrın 1-də görüşəcəklər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin planlaşdırıldığını bildirib. Səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.