Zəngilanın işğalının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib


Siyasət 29 Okt 2017 22:06:56 318 0

Zəngilanın işğalının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib

Mərasimdə rayon ictimaiyyətinin nümaytəndələri iştirak edib

Zəngilan Rayon İcra Hakimiyyətininin təşkilatçılığı ilə Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Anım mərasimində şəhidlərin ruhuna dualar oxunub, onların məzarı önünə gül dəstələri qoyulub.

Mərasimdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, hər il anım mərasiminə qatılan zəngilanlıların sayı artır. Bu o deməkdir ki, getdikcə insanlarda Vətənə, elə-obaya məhəbbət, doğma yurda qayıdış hissi daha da alovlanır.