Xızıda 66 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Siyasət 25 Okt 2017 02:05:27 299 0

Xızıda 66 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Daha 58 ədəd partlamış-yanmış mərmi qalıqları aşkar edilərək götürülüb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 66 ədəd partlamamış hərbi sursat (PHS), 58 ədəd partlamış-yanmış mərmi qalıqları və 995 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 1 297 000 kv.m (129.70 ha) ərazi yoxlanılmışdır.

Ümumiyyətlə, 52 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 13 254 ədəd partlamamış hərbi sursat (PHS), 5 513 ədəd partlamış-yanmış sursat qalıqları və 48 323 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 51 721 258 kv.m (5 172 ha) ərazi yoxlanılmışdır.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.