Rezident əlaqələndirici: "BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir"


Siyasət 24 Okt 2017 10:01:55 312 0

Rezident əlaqələndirici: "BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir"

Azərbaycan və BMT əməkdaşlığın 25-ci ildönümünü qeyd edir

"Ötən 25 il ərzində milyonlarla azərbaycanlı humanitar yardım, yaxşı idarəçilik, iqtisadi inkişaf, təhsil və digər sahələrdə layihələr həyata keçirən BMT-nin fəaliyyətindən faydalanıb".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan və BMT arasındakı əməkdaşlığın 25-ci ildönümünü münasibətilə etdiyi vidoemüraciətdə deyib.

Rezident əlaqələndiricinin müraciətində qeyd olunub ki, bu vacib tarixi qeyd etmək məqsədi ilə BMT-nin Azərbaycanla 25 il ərzində sıx əməkdaşlığını və tərəfdaşlığını əks etdirən xatirə kitabı hazırlanıb.

"Bu gün BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir", - Q.İshaqzai bildirib.