Ağac, gül-çiçək və ot bitkilərinin Azərbaycana gətirilməsi qaydası təsdiqlənib


Siyasət 24 Okt 2017 09:18:05 321 0

Ağac, gül-çiçək və ot bitkilərinin Azərbaycana gətirilməsi qaydası təsdiqlənib

Bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb

Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nı təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu sənəd yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qaydasını müəyyən edir.