Azərbaycanlı tələbə birgə yaşadığı qadını öldürdü FOTO


Kriminal 23 Okt 2017 12:26:00 524 0

Azərbaycanlı tələbə birgə yaşadığı qadını öldürdü  FOTO

Ukrayna paytaxtı Kiyevdə azərbaycanlı qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Son.az xəbər verir ki, Ukrayna Milli Polis Təşkilatının mətbuat xidmətindən report-a verilən məlumata görə, həmin şəxsin özü hadisə yerinə polis çağırıb və cinayəti törətdiyini etiraf edib.

Məlumata görə, oktybarın 10-da gecə saat 2 radələrində naməlum şəxs polis şöbəsinə zəng edərək qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını öldürdüyünü bildirib. Polis əməkdaşları hadisə yerinə gələn zaman mənzildə cinayəti törətdiyini etiraf edən 23 yaşlı kişi olub. O, təxminən iki il bir yerdə yaşadığı qadınla mübahisə etdikdən sonra ona bir neçə bıçaq zərbəsi vurduğunu bildirib.

Ekspertlər qətlə yetirilən 22 yaşlı qadının bədəninin müxtəlif yerlərində, xüsusən də boğaz və qarın nahiyələrində bıçaq yaraları aşkar edib.


Xəbərə aid fotolar