"Bir neçə ukraynalı deputatın AŞPAnın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukraynanın rəsmi mövqeyini əks etdirmir"


Siyasət 20 Okt 2017 18:34:25 412 0

"Bir neçə ukraynalı deputatın AŞPAnın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukraynanın rəsmi mövqeyini əks etdirmir"

Ukrayna Ali Radasının nümayəndə heyətindən bir neçə üzvün AŞPA-nın Azərbaycanla bağlı qətnamələrinə səs verməsi Ukrayna ilə Azərbaycan arasında bütün sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq kursuna xələl gətirməməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Onun sözlərinə görə, Kiyevlə Bakı arasında qarşılıqlı münasibətlərin dinamikası heç də hamının xoşuna gəlmir: "Ona görə də həm Ukrayna daxilində, həm də xaricindəki müəyyən qüvvələr prezident Petro Poroşenkonun Azərbaycanla münasibətdə həyata keçirdiyi ardıcıl siyasətə ziyan vurmaq istəyir. AŞPA-nın Azərbaycanla bağlı qətnaməsinə bir neçə millət vəkilinin səs verməsi bunun sübutudur".