Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib


Siyasət 20 Okt 2017 13:06:28 288 0

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib

Layihə səsverməyə çıxarılaraq qəbul olunub

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub.Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.