“Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıbqalmayacağımızı müzakirə edəcəyik”


Siyasət 20 Okt 2017 13:07:00 345 0

“Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıbqalmayacağımızı müzakirə edəcəyik”

Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnanməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil.

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. 

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: "Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində