İstanbulda İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb - FOTO


Siyasət 20 Okt 2017 11:58:55 354 0

İstanbulda İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb - FOTO

Azərbaycan Prezidenti tədbirdə xüsusi qonaq qismində iştirak edir

Türkiyənin İstanbul şəhərində D-8 Zirvə görüşü başlayıb.

“Report”un Türkiyə müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbulda səfərdədir.