Azı gündə 3 dəfə yeyirik Ağciyər xərçəngi yaradır
Digərləri 26 Noy 2025 23:00:00 70 0
Ağciyər xərçəngi riskinin formalaşmasında qidalanma daha böyük rol oynayırmış.
Bu xəbəri də oxu: İranın yeni paytaxtı hansı şəhər olacaq?
Son.az xəbər verir ki, bu qənaətə alimlər gəlib.
Nəticələr "The Annals of Family Medicine" jurnalında dərc olunub.
Tədqiqatın mərkəzində iki əsas anlayış dayanır. Glikemik indeks qidalardakı karbohidratların qan şəkərini hansı sürətlə yüksəltdiyini göstərir. Ağ çörək, şirniyyatlar və cilalanmış düyü kimi yüksək Gİ-yə malik məhsullar qanda qlükozanın kəskin artmasına səbəb olur. Bu dəyişikliklər iltihabı gücləndirə və hüceyrə çoxalmasını stimullaşdıra bilər.
Glikemik yük isə həm Gİ-ni, həm də qəbul edilən karbohidratın miqdarını nəzərə alır. Maraqlıdır ki, yüksək glikemik yüklü rasionlar adətən meyvələr, tərəvəzlər və tam taxıllar kimi bitki mənşəli karbohidratlarla zəngin olur. Bu məhsullar tərkibindəki lif sayəsində qan şəkərini daha yavaş və sabit şəkildə yüksəldir.
Araşdırma 101 min 732 iştirakçının məlumatları əsasında aparılıb. İştirakçılar 1993-2001-ci illərdə layihəyə qoşularkən qidalanmaları haqqında ətraflı anket doldurublar və təxminən 12 il ərzində müşahidə olunublar.
Nəticələr göstərib ki, yüksək glikemik indeksli məhsulları daha çox yeyən insanlarda ağciyər xərçəngi riski təxminən 13 faiz artıb. Bunun əksinə olaraq, ən yüksək glikemik yükə sahib rasionla qidalananlarda risk 28 faiz daha aşağı olub.
Alimlər bildirirlər ki, burada əsas məsələ karbohidratın miqdarı deyil, onun mənşəyi və bədənə təsir formasıdır. Tərkibində mürəkkəb karbohidratlar və lif çox olan bitki əsaslı məhsullar həm yüksək glikemik yük yaradır, həm də iltihabı azaldaraq maddələr mübadiləsini yaxşılaşdırır. Bu isə müəyyən qoruyucu təsir göstərir.
Yəni çörək, düyü, şəkər kimi karbohidratlar ağciyər xərçəngini inkişaf etdirsə də, meyvə, tərəvəzlərdəki karbohidratlar əksinə, xərçənglə mübarizə aparır.
İsmayıl Son.az
Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bl
Şair Nazilə açıqlaması ilə diqqət çəkib.
Azərbaycan Milli İncəsənət Muzeyində "Kəlağayı - ənənələr, sim
İnsanın yuxudaykən sərf etdiyi kalorinin miqdarı açıqlanıb.
Heydər Əliyev Sarayında gerçəkdən də füsunkar bir sənət axşamı - mə
Rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsd cəhdində şübhə
Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayra
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır sa
İstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şək
Çox insan evdə südü soyuducunun qapısında saxlayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV Leo ilə gör
İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin ed�
