Heydər Əliyev Sarayında Təranə Muradovanın möhtəşəm yubileyi – alqışlar altında rəqs bayramı və çiçək dəryası


Kriminal 26 Noy 2025 21:25:00 64 0

Heydər Əliyev Sarayında Təranə Muradovanın möhtəşəm yubileyi – alqışlar altında rəqs bayramı və çiçək dəryası

Heydər Əliyev Sarayında gerçəkdən də füsunkar bir sənət axşamı - məşhur rəqqasə, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti, Azərbaycan Rəqs İttifaqının prezidenti, Xalq artisti Təranə Muradovanın 60 illik yubileyinə həsr olunmuş rəqs bayramı keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyinin və Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə təşkil olunan bayram gecəsi yubilyara ünvanlanan səmimi və ürəkdən gələn təbrik sözləri ilə başlayıb. Təranə Muradova 45 ildən artıq bir müddətdə Azərbaycanın rəqs sənətini dünyanın ən mötəbər səhnələrində - La Skala, Aspendos, Böyük Teatr, Kirov Teatrı, UNESCO-da nümayəndə edib... Onun yaradıcılığı çoxdan Azərbaycan simvoluna çevrilib, yetişdirdiyi tələbələr isə xoreoqrafiya sənətinin parlaq ulduzları olub. Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası və Özbəkistan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Macarıstan, Rusiya kimi ölkələrdən gəlmiş nüfuzlu sənət nümayəndələri adından təbrik məktubları səsləndirilib və beynəlxalq mükafatlar təqdim olunub. Gecənin aparıcısı tanınmış teleaparıcı Saleh Bağırov olub. Heydər Əliyev Sarayının səhnəsində Azərbaycan və dünya xalqlarının rəqs mədəniyyətinə aid möhtəşəm bir proqram təqdim edilib. Tamaşaçılar Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının çıxışlarını izləyiblər. Xüsusi qonaqlar - dəfələrlə dünya çempionu olmuş Eldar Cəfərov və Anna Sajina, Denis Taqintsev və Anna Melnikovanın çıxışları xüsusi coşqu ilə qarşılanıb. Hər kompozisiyadan sonra zal alqış sədaları ilə dolub-daşırdı. Proqramda Qara Qarayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Eldar Mansurov, həmçinin müasir musiqi nümunələri və xalq melodiyaları səslənib. Bu gün xüsusilə yaddaqalan oldu: Təranə Muradova 11 ildən sonra ilk dəfə yenidən səhnəyə çıxdı - və bunu məhz özünün xoreoqrafiya yoluna qədəm qoyduğu, onun üçün doğma və rəmzi mənaya malik Heydər Əliyev Sarayında etdi. Bu səhnə onun üçün həm başlanğıc, həm də zirvədir! Gecənin kulminasiyası isə Xalq artisti Emin Ağalarovun məşhur "Azərbaycan" hitinə hazırlanan müəllif kompozisiyası - "Ağ və qara" oldu. Müasir ball rəqsi ilə milli rəqsin zərif elementlərinin cəsarətli sintezi səhnədə tamamilə yeni bir Təranə Muradovanı göstərdi: dinamik, fərqli, müasir, amma köklərinə sadiq! Onun hər bir addımı sənətə olan məhəbbətin etirafı, bütün yaradıcılıq yolunun hekayəsi kimi səslənirdi. Rəqsin fəlsəfəsi isə həyatın özü kimi açılırdı: səhər və axşam, işıq və qaranlıq, yüksəlişlər və sınaqlar... Qara-ağ konsepsiyası sadəcə bədii üsul deyil, yubilyarın ömrünün, mübarizəsinin, ilhamının, tale yolunun səmimi etirafı idi. Və əlbəttə, xüsusi yer tutan "Uzundərə" kompozisiyası - qədim Azərbaycan rəqsi. Bu rəqs bir zamanlar kamera orkestri və xalq çalğı alətləri ansamblı ilə yeni formada təqdim edilmiş, Ümummilli lider Heydər Əliyevin böyük rəğbətini qazanmışdı. Məhz onun təşəbbüsü ilə 1997-ci ildə Təranə Muradova bu rəqsə özünəməxsus xoreoqrafik interpretasiya yaratmış, klassika ilə xalq rəqsinin unikal sintezini təqdim etmişdi. Bu rəqs Ümummilli liderin Heydər Əliyevin ən sevdiyi əsərlərdən biri idi. Təranə Muradova məhz bu kompozisiya ilə Azərbaycanı beynəlxalq aləmdə təmsil edib. "Uzundərə"nin yubiley gecəsində səslənməsi tarixə, ənənəyə və Ulu öndərin xatirəsinə ehtiramın təcəssümü oldu. Zal Təranə Muradovanı ayaqüstə alqışladı - sonsuz alqışlar, çiçəklər, sevinc dolu baxışlar... Kulis arxasında isə bayram davam edirdi: hər kəs milli rəqsin qorunması və dünyaya tanıdılmasına həyatını həsr etmiş bu şəxsiyyəti təbrik etmək, onunla xatirə şəkli çəkdirmək istəyirdi. Təranə Muradova bir daha sübut etdi: sənət bütün dövrlərdə qəlbləri və səhnələri fəth edir, və insan hər yaşda rəqs edə bilər - əgər hərəkətində sevgi yaşayırsa.

Solovyovu zəhərli pizza ilə öldürmək istədilər  FOTO like
  • 26 Noy 21:14  
Şou-biznes Solovyovu zəhərli pizza ilə öldürmək istədilər FOTO

Rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsd cəhdində şübhə

arrow Ətraflı
Ceyhun Bayramov İtaliya Senatının rəhbəri ilə görüşüb like
  • 26 Noy 21:12  
Siyasət Ceyhun Bayramov İtaliya Senatının rəhbəri ilə görüşüb

Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayra

arrow Ətraflı
“TIR”larla bağlı məsələ qısa zamanda həll olunacaq”  Rəsmi like
  • 26 Noy 21:00  
Digərləri “TIR”larla bağlı məsələ qısa zamanda həll olunacaq” Rəsmi

Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır sa

arrow Ətraflı
Ailənin ölüm səbəbi rəsmən açıqlandı like
  • 26 Noy 20:56  
Digərləri Ailənin ölüm səbəbi rəsmən açıqlandı

İstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şək

arrow Ətraflı
Südü heç vaxt soyuducunun qapısında saxlamayın  Səbəb açıqlandı like
  • 26 Noy 20:47  
Digərləri Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

Çox insan evdə südü soyuducunun qapısında saxlayır.

arrow Ətraflı
Gəncədə yeniyetmə bıçaqlandı like
  • 26 Noy 20:36  
Kriminal Gəncədə yeniyetmə bıçaqlandı

Gəncədə bıçalanma qeydə alınıb.

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 26 Noy 20:20  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

arrow Ətraflı
Ceyhun Bayramov Roma Papası ilə görüşdü like
  • 26 Noy 20:06  
Siyasət Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV Leo ilə gör

arrow Ətraflı
İranın yeni paytaxtı hansı şəhər olacaq? like
  • 26 Noy 20:03  
Digərləri İranın yeni paytaxtı hansı şəhər olacaq?

İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin ed�

arrow Ətraflı
Çox addam ciddiyə almır  Ağır xəstəliklərin əlaməti ola bilər like
  • 26 Noy 20:00  
Digərləri Çox addam ciddiyə almır Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şa

arrow Ətraflı
"Berlin" klinikasında tibb təhsili olmayan şəxs xəstəni əməliyyat edib? like
  • 26 Noy 19:55  
Digərləri "Berlin" klinikasında tibb təhsili olmayan şəxs xəstəni əməliyyat edib?

Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MM

arrow Ətraflı
Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək like
  • 26 Noy 19:47  
Digərləri Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlə

arrow Ətraflı
Aktrisa xanımına ev hədiyyə etdi like
  • 26 Noy 19:41  
Şou-biznes Aktrisa xanımına ev hədiyyə etdi

Aktyor Hüseyn Əlili aktrisa xanımı Gültac Əliliyə ev hədiyyə alıb.

arrow Ətraflı
Afət meyxanaçıya ərə gedir like
  • 26 Noy 19:25  
Şou-biznes Afət meyxanaçıya ərə gedir

Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla a

arrow Ətraflı
Bu heyvan bazarları fəaliyyət göstərməyəcək like
  • 26 Noy 19:11  
Digərləri Bu heyvan bazarları fəaliyyət göstərməyəcək

Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.

arrow Ətraflı