Azərbaycan Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı tədbir keçirilib FOTO
Kriminal 26 Noy 2025 21:49:00 56 0
Azərbaycan Milli İncəsənət Muzeyində "Kəlağayı - ənənələr, simvollar və sirlər" adlı tədbir keçirilib.
Bu xəbəri də oxu: XXI əsrin İpək sehri! Azərbaycan Milli Xalça Muzeyi və Gülnarə Xəlilova “Kəlağayının yeni hekayəsi”ni təqdim etdilər – FOTO
Tədbir Xalq artisti Cəmilə Bayramovanın bədii rəhbərliyi ilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Zirvə" rəqs ansamblının çıxışı ilə açılıb. Professor, fəlsəfə doktoru Rəna İbrahimbəyova qədim xalq sənəti olan kələğayı haqqında mühazirə ilə çıxış edərək onun tarixi inkişafı, simvolik məzmunu və ənənəvi ornamentlərinin semantikası haqqında geniş məlumat verib. Tədbir çərçivəsində muzeyin kolleksiyasından seçilmiş kəlağayı nümunələrindən ibarət sərgi nümayiş olunub. Zərif ipək üzərində işlənmiş naxışların rəng ahəngi və sənətkarlıq ənənələrinin incəlikləri iştirakçılara daha yaxından göstərilib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək tədbirin yüksək mədəni dəyərini qeyd edib. Kəlağayının milli incəsənətdəki önəmli rolunu, elmi tədqiqat və belə təqdimatların unikal xalq sənətimizi daha geniş auditoriyaya çatdırmağa imkan yaratdığını vurğulayıb. Tədbir iştirakçıların çoxsaylı sualları və mövzu ətrafında aparılan maraqlı müzakirələrlə yekunlaşıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsd cəhdində şübhə
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır sa
İstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şək
Çox insan evdə südü soyuducunun qapısında saxlayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV Leo ilə gör
İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin ed�
Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şa
Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MM
Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlə
Aktyor Hüseyn Əlili aktrisa xanımı Gültac Əliliyə ev hədiyyə alıb.
Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla a
Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.
Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər
