Prezident İlham Əliyevin ünvanına Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklər gəlir


Siyasət 19 Okt 2017 21:17:00 294 0

Prezident İlham Əliyevin ünvanına Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklər gəlir

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Çox hörmətli İlham Heydər oğlu. Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ötən illər ərzində Sizin ölkəniz iqtisadi inkişafda sanballı uğurlar qazanıb, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib.

Mən Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirirəm və səmimi qəlbdən inanıram ki, ölkələrimizin xalqları naminə bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantı olacaq.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

XXX

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan xalqı uzun illər boyu öz əməyi və mətanəti, həmrəyliyi və sıx birliyi sayəsində mənəvi, intellektual və maddi potensial yaradıb.

Bugünkü Azərbaycan qurucu əməyin nəticəsi, ideyaların, planların və niyyətlərin təcəssümüdür. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, doğma respublikanın firavanlığı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar, Sizin gözəl diyarınıza isə yeni iqtisadi tərəqqi, xeyirxah mədəni və mənəvi ənənələrin qorunub saxlanmasını və artırılmasını arzu edirəm".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində