Prezident İlham Əliyev Nizami Nadirov və Şaitdin Əliyevi ordenlə təltif etdi


Siyasət 18 Okt 2017 19:31:00 285 0

Prezident İlham Əliyev Nizami Nadirov və Şaitdin Əliyevi ordenlə təltif etdi

Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Şaitdin Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.