Ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq


Siyasət 18 Okt 2017 15:42:43 310 0

Ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq

Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə dəyişiklik təklif edilir

Azərbaycanda ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq.

“Report”un xəbərinə görə, Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə dəyişiklik təklif olunur.

Qüvvədə olan maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə maddəyə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının əlavə olunması təklif edilir.