"Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir"


Siyasət 18 Okt 2017 13:35:00 335 0

"Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir"

"Erməni xalqı tamamilə anlayır ki, "dondurulmuş" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyir gətirmir".

Son.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sobhani deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizinin işğalı Ermənistanın maraqlarına cavab vermir: "ATƏT-in Minsk qrupu erməni xalqının adından Moskva, Paris və Vaşinqtondakı siyasətçilərə müraciət edə bilər ki, əgər onlar Ermənistan hökumətinə təzyiq göstərsələr, bu yalnız erməni xalqının xeyrinə olar".

O qeyd edib ki, Minsk qrupu Ermənistan tərəfinə Azərbaycanla sülh əldə olunacağı təqdirdə bunun uzunmüddətli üstünlüklərini nümayiş etdirməlidir: "Azərbaycan ərazilərinin işğalını dayandırmaqla, erməni xalqı qonşu ölkə ilə ticarətdən xeyir görəcək. ATƏT-in Minsk qrupu münaqişə sonrası iqtisadi artım yolunu göstərəcək bir plan hazırlamalıdır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində