ATƏT sədrliyi: Qarabağ nizamlanmasında yeni təkan görməkdən məmnunuq


Siyasət 17 Okt 2017 22:11:10 319 0

ATƏT sədrliyi: Qarabağ nizamlanmasında yeni təkan görməkdən məmnunuq

Avstriya sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb

"Prezidentlərin təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların axtarılması və danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlər görməyə bağlılığı və münaqişənin nizamlanmasında yeni təkan görməkdən məmnunuq".

“Report” xəbər verir ki, bu barədə Avstriyanın ATƏT-dəki sədrliyinin Azərbaycan və Ermənistan prezidentlərinin ötən gün Cenevrədə keçirilən görüşü ilə bağlı bəyanatında bildirilir.

Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpa olunması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə konkret addımlarda öz əksini tapacaq. Qeyd olunur ki, Avstriya sədrliyi münaqişənin nizamlanmasında sülhün əldə olunması üzrə bütün səyləri dəstəkləməkdə davam edəcək.