Azərbaycanın tanınmış şəxsinin qızı Türkiyədə həbs olundu Oğurladığı qızılları alt paltarında gizlətdi FOTO


Kriminal 17 Okt 2017 16:52:00 322 0

Azərbaycanın tanınmış şəxsinin qızı Türkiyədə həbs olundu  Oğurladığı qızılları alt paltarında gizlətdi  FOTO

Ədirnə şəhərində oğurluq hadisəsi baş verib. Oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır.

Son.az unikal.org-a istinadən xəbər verir ki, telefonla 11 yaşlı uşağı aldaraq atasının polis bölməsinə aparıldığını söyləyib 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.

Ötən il mayında bir nəfər 11 yaşlı S.E.F-yə zəng edərək atasının polis bölməsinə aparıldığını, həbs olunmaması üçün evdəki qızılları onlara verməsini söyləyib. Tutulan şəxslərdən Osman.A (26) evə gedib, 40 min lirəlik zinət əşyalarını uşaqdan aldıqdan sonra Aysel.H (25), Halil.A (23) və Reşit.A (27) ilə birikdə avtomobilə minərək oradan uzaqlaşıblar. Ata evə gəldikdən sonra uşaq aldadıldığını anlayıb. Ata oğlunu da yanına alaraq polisə gedib, şikayət edib. Bununla da oğruluqda şübhəli bilinən şəxslər tutulublar.

Oğrulanan zinət əşyaları Aysel.H.-nın alt paltarından tapılıb.

Adıçəkilən şəxslər məhkəmə qarşısında günahlarını boyunlarına alıblar. Osman A. adlı şəxs oğurluq etmələrindən xəbərsiz olduğunu, uşaqdan alınan zinət əşyaların kiməsə çatdırmaq üçün aldıqlarını zənn etdiyini deyib. Bununla da günahsız olduğunu sübut etməyə çalışıb.


Xəbərə aid fotolar